“Jalə Salahovanın vəziyyəti ağır olmaqda davam edir. Vəziyyətinin necə dəyişəcəyi hələ bilinmir”. Bunu Modern.az-a açıqlamasında Respublika Yanıq Mərkəzinin həkimi Şöhrət Məmmədov deyib.
Onun sözlərinə görə, Jalə Salahovanın yoldaşı Elçin Salahov isə özünü yaxşı hiss edir: "Yoldaşı Elçin Salahov isə yaxşıdır, çöldə gəzir”.
Qeyd edək ki, Sumqayıt şəhər sakinləri Elçin Salahov və Jalə Salahova evlərinin sökülməsinə qarşı prezident administirasiyası qarşısında üstlərinə benzin tökərək yandırmışdılar. Onların azyaşlı qızları var.Misranə Həsənzadə