Modern.az

Penitensiar xidmətin əsgəri öldü

Penitensiar xidmətin əsgəri öldü

Təhsil

19 Avqust 2014, 10:52


Azərbaycanda daha bir əsgər ölümü olub. 

APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb. Əsgər Təhməzli Fərid Aslan oğlu tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.  

***

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, Biləsuvar rayonundan müddətli həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü, sıravi Təhməzli Fərid Aslan oğlu avqustun 18-də saat 19:20 radələrində xidmət etdiyi postda ona təhkim olunmuş silahdan özü tərəfindən açılmış atəş nəticəsində ölüb.

Faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. 

Modern.az    


 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu