Modern.az

M.V.Lomonosov adına MDU-nun Bakı Filialı tələbə qəbulu elan edib

M.V.Lomonosov adına MDU-nun Bakı Filialı tələbə qəbulu elan edib

15 İyul 2010, 13:00

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı 2010/2011-ci tədris ili üçün (bakalavriat səviyyəsi, rus bölməsi) tələbə qəbulu elan edib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə, aşağıdakı ixtisalara qəbul aparılacaq: Filologiya (rus və roman-german filologiyası) a) rus filologiyası – 7 yer b) fransız filologiyası – 9 yer c) ispan filologiyası – 9 yer

Tətbiqi riyaziyyat - 25 yer

Kimya - 25 yer.

Psixologiya – 25 yer.

Azərbaycan vətəndaşları üçün təhsil ödənişsizdir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyası tərəfindən aparılan sınaqlarda yalnız TQDK-nın 2010-cu ildə keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan rus bölməsinin abituriyentləri iştirak edə bilərlər. Orta məktəbin Azərbaycan bölməsini rus dili fənni üzrə «əla» və «yaxşı» qiymətlə bitirən və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarında 300 və daha artıq bal toplayan abituriyentlər də qəbul sınaqlarında iştirak edə bilərlər. Qəbul sınaqları aşağıdakı fənlər üzrə aparılacaq:

1. Filologiya fakültəsi: a) rus filologiyası: rus dili və ədəbiyyatı (yazılı, inşa), rus dili və ədəbiyyatı (şifahi) b) roman-german filologiyası: rus dili və ədəbiyyatı (yazılı, inşa), xarici dil: ingilis, fransız və ya alman (yazılı)

Kimya fakültəsi: riyaziyyat (yazılı), kimya (yazılı)

Tətbiqi riyaziyyat fakültəsi: riyaziyyat (yazılı)

Psixologiya fakültəsi: rus dili (yazılı, ifadə) biologiya (yazılı)

Qəbul sınaqlarında iştirak etmək istəyənlər qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:

Ali məktəblərə keçirilən test imtahanlarında toplanılan ballar haqqında TQDK-nın arayışı

Orta təhsil haqqında sənəd (attestat, əsli)

Şəxsiyyət vəsiqəsi

3x4 sm ölçüdə 8 ədəd fotoşəkil

Müsabiqə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin yaratdığı Qəbul komissiyasının keçirdiyi sınaqların nəticələri əsasında aparılacaq. Moskva Dövlət Universitetinin Bakı Filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər. Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramları əsasında həyata keçirilir, tədrisdə müasir texnologiya və metodlardan istifadə olunur. Tədris, əsasən, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Təhsil aldıqları müddətdə fərqlənən tələbələr yuxarı kurslarda M.V.Lomonosov adına Moskva Dövlət Universitetində iki semestr ərzində təhsil almaq imkanı əldə edəcəklər. Filialın məzunlarına M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu təqdim ediləcəkdir. Sənəd qəbulu:

filologiya fakültəsinə – 8-23 iyul 2010-cu il tarixlərində saat 9.00-dan 18.00-dək;

kimya və psixologiya fakültələrinə – 8-26 iyul 2010-cu il tarixlərində saat 9.00-dan 18.00-dək;

tətbiqi riyaziyyat fakültəsinə – 8-30 iyul 2010-cu il tarixlərində saat 9.00-dan 18.00-dək aparılacaq.

Qəbul sınaqları 25 iyul – 01 avqust 2010-cu il tarixlərində keçiriləcək. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI