Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərə aparılan elektron ərizə qəbulu bu gün yekunlaşır. Avqustun 19-a olan statistik məlumata görə, qeydiyyatdan keçən 2697 nəfər müsahibələrdə iştirak edib, 98 nəfər isə iştirak etməyib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, müsahibələrdə iştirak edən uşaqların 1515 nəfəri I sinfə qəbul olub, 1182 nəfər isə müsahibədən keçə bilməyib.
Qeyd edək ki, hazırda 3448 nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 20-dək, müsahibələr isə sentyabrın 10-dək davam edəcək.Misranə Həsənzadə