“Bu günə qədər qeydiyyatdan keçən 2944 nəfər müsahibələrdə iştirak edib, 126 nəfər isə iştirak etməyib”. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Arzu Tairquliyeva deyib.
Onun sözlərinə görə, ərizə qəbulunun vaxtı uzadılmayacaq: “Müsahibələrdə iştirak edən uşaqların 1638 nəfəri I sinfə qəbul olub, 1306 nəfər isə müsahibədən keçə bilməyib. Hazırda 3512 nəfər qeydiyyatdan keçib.
Qeydiyyat avqustun 20-də başa çatacaq, müsahibələr isə sentyabrın 10-dək davam edəcək”.
Misranə Həsənzadə