Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavir təyinatı olub.
Modern.az-ın “APA-Economics”-ə istinadən verdiyi xəbərə görə, nazir Əli Abbasovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov nazirin müşaviri təyin edilib. Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir.
M. Əmirov faktı təsdiqləyib və göstərilən etimada görə təşəkkürünü bildirib.