“Gündən mühafizə üçün xüsusi geyim formalarımız var. İşçilərimiz bu formalarla təmin olunub”. Bunu Modern.az-a açıqlamasında “Bakıelektrikşəbəkə”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, elektrikşəbəkə fəaliyyətini əvvəlki kimi davam etdirir: “Ümumiyyətlə işçilərimizə isti havalarda iştəməməyə qadağalar qoymamalıyıq. Çünki hava kəskin şəkildə olarsa əksinə biz gücləndirilmiş iş rejimində çalışmalıyıq. Elektrik enerjisinə olan tələbat artıb və biz də bu tələbatı ödəyirik.
Tədbirlər görülür, harada ki, açıq yerlərdə təmir işləri aparılır, orada qanun çərçivəsində, təhlükəsizlik qaydalarına uyğun olaraq iş rejimi tənzimlənir”.
Rüfanə GÜNƏŞ