Modern.az

“Azərsu”: “İşçilər arasında günvurma halları baş verməyib”

“Azərsu”: “İşçilər arasında günvurma halları baş verməyib”

20 Avqust 2014, 15:50


“İşçilərimiz əmək qanunvericiliyinə uyğun olaraq fəliyyət göstərirlər. ASC işçiləri arasında günvurma halları baş verməyib. Halı pisləşən və bu barədə şikayət edən də yoxdur”.

Bu barədə Modern.az-a “AzərSu” ASC-nin mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda bildirilir ki, şirkətin işçiləri fəaliyyətlərini davam etdirirlər: “Bizdə açıq havada fəaliyyət göstərənlər qəza briqadalarının işçiləridir.  Onlar da təhlükəsizlik qaydalarını gözləməklə işlərini davam etdirirlər”.  

Rüfanə GÜNƏŞ

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu