Modern.az

Diplomat Qətər şahzadəsinin niqabını çıxartdı

Diplomat Qətər şahzadəsinin niqabını çıxartdı

20 Avqust 2014, 16:04


Belçika Xarici İşlər Nazirliyinin protokol xidmətinin yüksək vəzifəli nümayəndəsi Jan-Mari Pir Qətər şahzadəsinin niqabına toxunduğuna görə qalmaqal mərkəzinə düşüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident şahzadə xanım və onu müşayiət edən iki nəfər yaxınlıqdan keçən Piradan Kral sarayına necə getmələrini soruşanda baş verib. “Mən dedim ki, üzünü görmədiyim adamla danışmıram. Müraciət edən qadın, yəqin ki, məni eşitmədi, bu zaman baş örtüyünü çıxardım. Bilirəm ki, bunu etməməliydim, ancaq onun davranışı da qanunsuz idi”, - məmur deyib.

Hadisədən sonra Pir saxlanılıb. Bəzi məlumatlara görə, məmur insident zamanı içkili olub. Zərərçəkən isə bəyan edib ki, onun sırğaları da qoparılıb. Şahzadə xanımın adı açıqlanmır. Onun özünün cərimələnməsi və 7 gün həbs olunması gözlənilir. Belçikada ictimai yerdə üzü bağlayan geyimlə gəzmək qadağandır.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu