Modern.az

Bağlanmış lisey müəllimlərinin digər məktəblərə yerləşdirilməsini Təhsil Nazirliyi həyata keçirmir

Bağlanmış lisey müəllimlərinin digər məktəblərə yerləşdirilməsini Təhsil Nazirliyi həyata keçirmir

20 Avqust 2014, 16:14


““Çağ Öyrətim” şirkətinin lisey və kurslarında çalışan müəllimlərin digər məktəblərə yerləşdirilməsini Təhsil Nazirliyi həyata keçirmir. O müəllimlərin yerləşdirilməsi adi qaydada həyata keçirilir. Digər müəllimlər necə vakant yerlərə ərizə verir, müsabiqədən keçirsə, bağlanmış türk liseylərinin müəllimləri də eyni qayda ilə imtahan verə bilər”. Bu barədə Modern.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, ““Çağ Öyrətim” şirkətinin lisey və kurslarında oxuyan şagirdlərin digər məktəblərə köçürülməsini Bakı Şəhəri üzrə Təhsil İdarəsi həyata keçirir. Artıq proses yekunlaşmaq üzrədir. Təxminən 600-700 şagird yerləşdirilib.

Təhsil Nazirliyi əvvəl verdiyi açıqlamada şagirdlərin köçürülmə prosesi başa çatandan sonra müəllimlərin köçürülməsinə başlanılacağını qeyd etmişdi.

Misranə Həsənzadə    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu