Modern.az

2008, 2011, 2012, 2014: 40 dərəcə isti... – Tarix

2008, 2011, 2012, 2014: 40 dərəcə isti... – Tarix

20 Avqust 2014, 17:06


“Sabahdan başlayaraq avqustun 21-i və 22-də Bakı və Abşeron yarımadasında şimal qərb küləyinin əsəcəyi, havanın temperaturunun gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Yəni sabah və birisigün küləkli hava şəraiti müşahidə olunacaq”. Bunu Modern.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Bakıda ən yüksək temperatur 40 dərəcə qeydə alınıb: “Ümumiyyətlə, Bakı və Abşeron yarımadasında ən yüksək temperatur 40 dərəcə isti 2008, 2011, 2012-ci illərdə qeydə alınıb. Ancaq digər bölgələrdə daha yüksək temperaturlar qeydə alınıb. Bu gün Bakı və Abşeron yarımadasında 36-41 dərəcə isti gözlənilir”.  

Misranə Həsənzadə

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu