Modern.az

İqbal Ağazadə və Sərdar Cəlaloğlu Prezidentə müraciət etdi

İqbal Ağazadə və Sərdar Cəlaloğlu Prezidentə müraciət etdi

20 Avqust 2014, 17:30


Bugün Qarabağ Bloku həbsdə olan tanınmış hüquq müdafiəçiləri-Leyla və Arif Yunuslar,  İntiqam Əliyevlə bağlı prezident İlham Əliyevə müraciət edib. Modern.az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli cənab Prezident! Son günlər bir sıra hüquq müdafiəçiləri  və qeyri-hökumət təşkilatlarının rəhbərləri cinayət məsuliyyətinə cəlb edilərək  barələrində həbs-qətimkan  tədbiri seçilib. “Qarabağ”  siyasi bloku olaraq biz bu həbsləri təqdir etməmiş, cinayət işlərinin ictimai fəaliyyətə yönəlik olduğunu qeyd etmişik. Hörmətli cənab Prezident!

Bu gün Sizə   müraciət etməkdə məqsədimiz həbs olunan insanların səhhətləri ilə bağlıdır. Konstitusiyamız  hər bir insana  yaşamaq haqqı tanıyır. Həbsdə olan Leyla və Arif Yunuslar, o cümlədən İntiqam Əliyev səhhətlərindəki problemdən  ciddi əziyyət çəkir və onların sağlam yaşamaq  hüquqları təhlükə altındadır. Səhhətlərindəki problemlər onların həbs şəraitində qalmasına imkan vermir.

Hörmətli cənab Prezident! Səlahiyyətlərinizdən   istifadə edərək adı çəkilən hər üç şəxsin  barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə göstəriş verməniz  həm insanların sağlamlığına qovuşmasına yardım edər, həm də ölkə daxilində ictimai gərginliyin azalmasına  xidmət edər. İnanmaq istərdik ki, müraciətimiz cavabsız qalmayacaq, Leyla və Arif  Yunuslar, İntiqam Əliyev haqqında həbs-qəti imkan tədbiri dəyişdiriləcək”.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu