Modern.az

Müseyib kişinin Rəşadı

Müseyib kişinin Rəşadı

20 Avqust 2014, 21:53

Ağdamla bağlı araşdırmalar apardığımdan görüşdüyüm şəxslərlə Ağdamı  xəyalən gəzməklə yanaşı, onu yaşadan insanları haqqında danışanda  seyidin   adını tez-tez çəkirdilər. Elə bu məqsədlə köklü bir nəslin nümayəndəsi olan Seyid Müseyib Məcidovla söhbətə qərar verdim. Mseyib kişinin telefon nömrəsini alıb danışdım...

İki qarabağlının İvanovka kəndində çox maraqlı görüşü oldu. 

Müseyib kişinin bizi qarşılaması üçün payi piyada xeyli məsafə qət etməsini heç vaxt unutmayacağam. Ailədə bir birlərinə  olan hörmət - münasibət isə ayrı bir yazının mövzusudur... Görüşümüz üç saata yaxın çəkdi. Kövrəlmişdi Müseyib kişi. Özüdə lap çox.  “Ey, ay oğul elə bildim Ağdamdayam”, deyən Müseyib kişi Ağdamda işlədiyi dövrü həyatının qızıl dövrü hesab edir: “Övladlarım bəlkə o havanı udmasaydılar, Qara qayanın suyun  içməsəydilər  bəlkə bu səviyyəyə çatmazdılar”- deyir.  Söhbətin bəzi məqamlarını sizin də diqqətinizə çatdırıram...

Museyib kişinin Ağdamdakı fəaliyyəti  16  yanvar 1965-ci ildən  başlayır. Dövlət bankının müdir müavini kimi.  O illərdə Dövlət Bankının Ağdam Rayon Şöbəsi Maksim Qorki küçəsinin baş tərəfində  olan “Müəllimlər evi” tərəfdəydi. Bankı  təzə binaya köçürəndən sonra binanı  tarix diyaşünaslıq muzeyinə verdilər. O zaman Yusif Əhmədovda  muzeyn direktoru idi. 1975-ci ildən isə  Museyib kişi şəhər istehlak cəmiyyətinə sədr təyin edilir. 1974-cü ildən isə Rəşid Məmmədov  Ağdam Rayon İstehlak cəmiyyəti İdarə heyətinin sədri vəzifəsində işləyirdi. Ağdam RPK nın birinci katibi  Həsən Əliyevin  vaxtında rayonda Tikinti Bankı yaradıb Museyib Məcidovu  ora müdir  göndərmək istəyirmişlər.  Lakin Muesyib kişi bu təkliflə razılaşmır. Bu da Həsən Əliyevin xətrinə dəyir. Lakin seyidə hörməti olduğundan ona bir söz demir.

- O vaxt idarə müdiri olmasam da, kolxoz və sovxozların işi məndən keçirdi, hörmətlə yanaşırdılar. Elə indinin özündə Rəşaddan soruşanda kimin oğlusan, deyəndə filankəsin deyirlər ki, sənin atan hamıya hörmət edib... Beləliklə, düz on il  bankda işlədikdən sonra, 1975-cildə  şəhər istehlak cəmiyətinə keçdim. O vaxtı Telman Orucov rayona birinci katib gəlmişdi. Tanışlığımız varıydı. Dilruba   Mustafayeva ikinci, Seymur  İbrahimov isə üçüncü katib idi. Hər biri gözəl insan idi...

1984-cü ilin avqustun 29-a qədər Ağdam “qorpo”nun müdiri işləmişəm. Rəşid Məmmədovda “raypo”nun sədri idi. Yaxşı əməkdaşlıq etmişik. Ağdam ticarətinin inkişafında  Rəşid müəllimin böyük zəhməti olub... Şəhər istehlak cəmiyyətinin binası əvvəlcə  bir saylı Musiqi məktəbinin (Lauranın məktəbi) yanı ilə gedəndə sağ tərəfdə yerləşirdi. Sonra bina tikdirdik. Məişət Xidməti Kombinatına yaxın, M.F.Axundov küçəsinin baş tərəfində. Yeni bina bir nömrəli məktəbə və Pioner bağına yaxın yerdə idi. Ora həm də Çay evinin səmti idi... On illik dövrdə bizim  nə fəaliyyətimiz varıydısa, Rəşid Məmmədovun adı ilə bağlıdır... Bu arada dostları barədə danışır.

 -Ağa müəllim varıydı, İcraiyyə Komitəsinin sədr  müavini. Ağdam şəhərinin abadlaşdırılmasında onun böyük rolu olmuşdu. Ağa Ağamirov... Yusif Əhmədov isə şəxsiyyət idi. Geniş əlaqələri vardı. Bir dəfə Vaqif Səmədoğlunu Ağdam “qorpo”suna gətirib dedi ki, bəs dahi Səməd Vurğunun oğludu, tanış ol... Məmməd Əmirovla yaxşı münasibətimiz vardı. Onun oynadığı  “Qacar ” rolu ayrı bir aləm idi.. Müseyib kişi “mexanzasiya” da dərs deməyindəndə danışır.

 -Ağdam Mexanikləşdirilmə və Elektrikləşdirilmə Texnikumunda dərs deməyə dəvət etdilər. Texnikumun  direktoru Məhərrəm Məhərrəmov idi. Zülfüqar Səfərəliyevdə qiyabi şöbənin , bacanağı Fazil müəllim  isə əyani şöbənin müdiri idi. Bankda işləyəndə məni dəvət etmişdilər.  Bir neçə il “Maliyyənin əsasları” fənnindən dərs dedim... Ağdamın inkişafında Nadir Abbasovun xeyli xidmətləri olub. Əvvəl Goranboyda işləmişdi. Sonra  1965-ci ildən Ağdama gəldi. Sosialist Əməyi Qəhrəmanı adını da Salyanda almışdı. Məşədi Abbasın bacısı oğluydu...

Ağdamdakı əmək fəaliyyətimə Xosrov Agayevlə başlayıb, Sadıq Murtuzayevin vaxtında qurtarmışam... Sadıq müəllim işləyən adam idi. O Ağdamı ağdamlılardan çox istəyirdi. Sadıq müəllimlə xüsusi münasibətimiz var idi. İndi də qalır. Avdal-Gülablı  sanatoriyasını  o saldı...

O gün Rəşid Məmmədova zəng elədim ki, bəs Vüqarın yazısını oxumusanmı, - dedi qəzet stolumun üstündədir... Ağdamın adı gələndə kövrəlirəm. Orda çoxlu dostlarım olub. Bu gün əksəriyyəti rəhmətə gedib. Çoxu ayrılığa dözə bilmədilər. Yaxşı kişilər öldü getdi, zəmanə də dəyişdi...

Kövrək notlarla söhbəti bitiririk. Museyib kişiylə söhbətdə yaddaşımda qalan ikinci məqam İvanovkaya gedərkən yolda üç dəfə zəng etməsi olmuşdu. Hər üçündə də təkidlə “yolda heç yerə düşməzsiniz ha, nahar  bizdə  olacaq” deməsiydi... Üç il əvvəlki söhbətə qayıtmağımın əsas səbəbkarı isə seyidin oğlu Rəşad Məciddir... Rəşad Məcidlə münasibətim daha çox QARABAĞLI müstəvisində sərgilənir.  Qarabağa həsr etdiyim kitabların hər birinə ön sözü məhz Rəşad müəllim yazıb. Sonucusunu yazmağa təkid etsəm də, ləngitməsinin səbəbini  “İyirminci yüzilin Ağdamı” kitabının təqdimatındakı kövrək çıxışında hiss etdim. O çıxışı isə indiyədək unuda bilmirəm... Bu gün  Rəşad  Məcid əlli yaşına qədəm qoyur. Bu münasibətlə haqqında  yazılanların hamısını maraqla oxudum. Yazılarda yaradıcı şəxs kimi Rəşad Məcidin bütün tərəflərinə toxunulur. Amma bir məqam  nədənsə unudulmuşdu. O da onun nəsli, şəcərəsi, kökü ilə bağlıydı... Kökü olmayan ağacın yan yönərinə nə qədər keçsəndə bitmədiyi kimi, zatı kökü olmayan insanda hörmət nufuz sahibi ol bilmir... Rəşad kimi övlad isə yalnız kökü olan nəsildən çıxır...

Odur ki, belə bir övlad yetişdirdiyinə görə, təbriklər birinci növbədə atası Museyib kişi və anası Yavər xanıma düşür. Çünki Rəşadı bu səviyyəyə və bu hörmətə çatdıranda məhz onlardır, onların bir birlərinə olan münasibətidir. Sonda isə Rəşad Məcidə bir arzum var:- növbəti ad günlərinin birini Ağdamlı günlərdə olduğu kimi keçirmək ona nəsib olsun.  Biz isə o tədbirə dəvətsiz belə gəlməyə hazırıq...  

 
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu