Modern.az

Cəfəngiyyat tələsi

Cəfəngiyyat tələsi

20 Avqust 2014, 22:16

(İçsəs)

  İdrak – qorxduğunu anlamır.

 ***

Qorxulu olan – idrak üçün anlamsızlıq, anlaşılmazlıq, cəfəngiyyat yaradır.

***
Qorxulu həqiqət olmur, qorxulu həqiqətsizlik olur.

***

Həqiqətdə qorxu ölür, həqiqətsizlikdə qorxu dirilir.

***

Qorxuda idrakın yolu həqiqətə qapanır, həqiqətsizliyə açılır.

***
Cəfəngiyyat – anlaşılmadıqca qorxu yaradan.

***

Həqiqət – anlaşıldıqca qorxmazlıq yaradan.

***
Anlaşılmazlıq – yalançı idraki dərinlikdir: idrak üçün anlaşılmayan nəsə yoxdur.

***

Cəfəngiyyat dayazlığını ötməyən – həqiqət dərinliyinə yetə bilməz.

***

Həqiqət idrakı aydınlığa çıxarır, cəfəngiyyat idrakı qaranlıqda saxlayır.

***

Qorxudan – qorxaqdır, qorxudandan qorxan – ikiqat qorxaqdır.

***
Dünyadakı bütün həqiqətləri insan özü yaradıb.

***

İnam – məna yaradır, inamsızlıq – mənasızlıq.

***

Hərə həqiqəti bir cür anlayır, ona görə hərə həqiqəti bir cür obrazlaşdırır.

***

Allah dində, Mütləq isə inamda həqiqətin ən ali obrazıdır.

***
Həqiqəti obrazlaşdırmadan ona inanmaq olmaz.

***

İnam Ata həqiqəti Mütləq adıyla obrazlaşdırdı.

***

Qorxu – yalvarış, yaltaqlıq yaradır.

***

Nəyə inanırıqsa – onu obrazlaşdırırıq.

***
Cəfəngiyyat – idrakın tələsidir.

***

Atamız var olsun!

16 Söngü 36-cı il.

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu