Modern.az

Amerikalı jurnalistin başını kəsən terrorçunun şəxsiyyəti müəyyənləşdi

Amerikalı jurnalistin başını kəsən terrorçunun şəxsiyyəti müəyyənləşdi

22 Avqust 2014, 15:12


Bir neçə gün öncə amerikalı jurnalist Ceyms Foluinin başını kəsərək edam edən İraq Şam İslam Dövləti (İŞİD) döyüşçüsünün Londonun Tauer-Hemlets məhəlləsinin sakini Con Bitl olduğu müəyyən edilib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, “xüsusi xidmət orqanları London fəhlələrinə xarakterik – kokni ləhcəsində danışan Con Bitlin şəxsiyyətini müəyyənləşdirməyə nail olublar”.

Bundan başqa, İslamı dinini qəbul etmiş Bitlin bir neçə ay öncə Suriyaya döyüşməyə getdiyi də müəyyən olunub.

Onun İŞİD qruplaşmasındakı əsas işinin qərbli girovları nəzarətdə saxlamaq olduğu və hazırda 20-yə qədər girov saxladığı aydınlşıb. Britaniya kəşfiyyatının məlumatına görə, Suriya və İraqda döyüşən 500 brityaniyalıdan yarısı London sakinidir. Suriya və Liviyadan reportajlar hazırlayan Ceyms Fouli 2012-ci il noyabrın 22-də oğurlanıb və 2 gün öncə edam olunub.    

Vüqar İsmayılov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?