“Şəhidlər Xiyabanındakı məzarların təhqir olunması hadisə gecə baş verib. Məzar bu gün səhər saatlarında təmizlənib”. Bu sözləri Modern.az saytına Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib.
“Orda olan mühafizə əməkdaşı da heç nə görməyib. Bu hadisə ilə bağlı müəyyən tapşırıqlar verilib. Hazırda araşdırmalar aparılır”.Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Şəhidlər Xiyabanında İlham və Fərizə Allahverdiyevlərin məzarları təhqir edildiyi göstərən fotolar yayılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidməti rəisinin müavini Ehsan Zahidov Modern.az-a açıqlamasında faktın araşdırılacağını qeyd edib.
Rüfanə GÜNƏŞ