Modern.az

NKVD-nin qətlə yetirdiyi 495 insanın cəsədi tapılıb

NKVD-nin qətlə yetirdiyi 495 insanın cəsədi tapılıb

16 İyul 2010, 11:09

Stalin cəlladları tərəfindən repressiya illərində öldürülmüş günahsız insanlara aid  3,5 ton sümük-qalıq aşkar olunub. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Vladivostokda Stalinin gizli repressiv aparatı -  NKVD tərəfindən qətlə yetirilmiş 495 insanın cəsədi tapılıb. Rus mətbuatının yazdığına görə, ötən ay aşkar edilmiş toplu məzarlıq üzə çıxarılıb. Odlu silahla ən yaxın məsafədən güllələnmiş insanların yaşları 25-30-dur. Rəsmi orqanlar onların  Stalin repressiyasının qurbanları olduqlarını təsdiqləyib. Ekspertlər qeyd edir ki, qurbanlar 9 mm  kalibrli tapança ilə yaxın məsafədən vurulub. NKVD cəlladları qurbanları dizləri üstə çökdürdükdən sonra onları ənsələrinə atəş açaraq öldürüb. Qurbanların yeni məzarlığa  köçürülməsi və dəfni üzrə işlərə başlanılıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI