Modern.az

Rusiyanın erməni məmurları: Onların 3-ü Milli Qəhrəmandır – SİYAHI

Rusiyanın erməni məmurları: Onların 3-ü Milli Qəhrəmandır – SİYAHI

Reportaj

25 Avqust 2014, 14:10

 

Rusiya Federasiyasında 2010-cu ilin siyahıyalmasına görə əhalinin 1,182 milyon nəfəri, yaxud 0,86%-i milliyyətcə ermənidir. Tarixən Krım, Krasnodar, Stavropol, Rostov və Şimali Osetiyada kompakt yaşayan ermənilər son illər ərzində Ermənistandan kütləvi miqrasiyanın davam etdiyi şəraitdə paytaxt Moskva və Sankt-Peterburqdan başqa, Mərkəzi Rusiya, Ural, Sibir və Uzaq Şərqə də ayaq açıblar. Yüksək təşkilatlanma və milli özünüdərki ilə seçilən erməni icması Rusiyada planlı şəkildə dövlət idarələrində və özəl sektorda öz təsirlərini artırırlar. Onların bir çoxu nüfuzlu vəzifələrdə çalışırlar. Modern.az Rusiyada önəmli dövlət postlarını tutan erməni mənşəli dövlət və siyasət adamlarının siyahısını təqdim edir.  


Artur Çilingərov – 1939-cu ildə Sankt-Peterburqda anadan olan Çilingərov tanınmış tədqiqatçı-okeanoloqdur. O, Arktika və Antraktidanın tədqiqinə görə SSRİ və Rusiya Federasiyasının qəhrəmanı fəxri adlarına layiq görülmüş nadir şəxslərdən biridir. Çilingərov həm də erməni icmasının həyatında aktiv iştirak edir. O, “Rusiya-Ermənistan” ictimai birliyinin üzvüdür.


Marat Oqanesyan – 1974-cü ildə Moldovanın paytaxtı Kişinyovda anadan olub. 2013-cü ilin martından Sankt-Peterburqun vitse-qubernatorudur. O, şimal paytaxtının daşınmaz əmlak, memarlıq, tikinti və şəhərsalma komissiyalarının işinə nəzarət edir. Bundan başqa, “Rusiya Erməniləri İttifaqı”nın sədri Ara Abramyanla Marat Oqanesyan arasında sıx dostluq münasibətləri mövcuddur.  


Saak Karapetyan – 1960-cı ildə Rostovda andan olub. 2006-cı ildən Rusiya Prokurorluğunun Beynəlxalq-Hüquqi Əməkdaşlıq Baş İdarəsinin rəisidir. Xaricdə yaşayan cinayətkarların ekstradisiya olunmasında əsas rolu oynayır. Eyni zamanda Baş Prokuror Yuri Çaykanın ən etibarlı işçisi sayılır.  


Robert Adilxanyan – 1958-ci ildə Perm şəhərində anadan olub. Uzun illər Kislovodsk şəhərinin, sonradan isə Stavropol diyarının prokuroru vəzifəsində çalışıb. 2008-ci ildən Rusiya Ədliyyə Nazirliyi yanında Qeydiyyat Palatasının sədridir.  


Vladimir Eminov – 1934-cü ildə Bakı şəhərində anadan olub. Rusiya prokurorunun baş köməkçisi, Moskva Dövlət Hüquq Akademiyasının Prokurorluq İnstitutunun direktoru kimi vəzifələrdə çalışıb. Hazırda Rusiya Kriminoloqlar və Kriminalistlər Birliyinin sədridir.  


Qevork İsaxanyan – 1960-cı ildə Gürcüstanın Tetri-Çkaro rayonunda andan olub. Əlixanyan 2000-ci ildə Rusiya Federasiyasının Qəhrəmanı, qvardiya general-mayorudur. 234 və 76-cı Hava-Desant Qüvvələrinin komandiri kimi Çeçenistan, Bosniya və Kosovoda müxtəlif əməliyyatlarda iştirak edib.  

          

Ruben Yesayan – 1946-cı ildə Yerevanda anadan olub. Təyyarə sınaqlarında aktiv iştirak edib. Bunda görə 2006-cı ildə Rusiya Federasiyasının Qəhrəmanlı fəxri adı ilə təltif olunub. Hazırda Mülki Aviasiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunda direktor müavini çalışır.  


Qennadi Melikyan – 1947-ci ildə Krasnodar diyarının Kuropotkin şəhərində anadan olub. Hazırda Məlikyan Rusiya Mərkəz Bank sədrinin 1-ci müavinidir. Buna qədər o, Rusiya əmək və sosial inkişaf naziri və Dövlət Dumasının deputatı olub.   


Semyon Baqdasarov – 1954-cü ildə Özbəkistanın Margilan şəhərində anadan olub. “Ədalətli Rusiya” partiyasından Dövlət Dumasının üzvüdür. 2014-cü ilin martından Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktorudur. Semyon Baqdasarov Ermənistan maraqlarının Rusiyanın qanunverici orqanındakı əsas lobbiçilərindən biridir.  


Aleksandr Ter-Avanesov – 1969-cu ildə Bakı şəhərində anadan olub. Hazırda Kostroma vilayətinin Rusiya Federasiya Şurasındakı üzvüdür. “Texinvest” şirkətinin sahibi kimi biznes fəaliyyəti də göstərən Avanesov Qarabağ və Ermənistana maliyyə yardımları göstərir.    

Vüqar İsmayılov


Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI