Modern.az

Azərbaycanda yanğınların sayı 25 faiz azalıb

Azərbaycanda yanğınların sayı 25 faiz azalıb

16 İyul 2010, 12:00

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətində (DYNX) 2010-cu ilin I yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru Elmar Hüseynov "2010-cu ilin 6 ayında respublika ərazisində yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr" mövzusunda məruzə edib.

DYNX-nin Yanğına qarşı təbliğat şöbəsindən verilən məlumata görə, tədbirdə 2010-cu ilin I yarımilliyində vətəndaşların həyat və sağlamlıqlarının, ölkənin maddi sərvətlərinin yanğından qorunması, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə DYNX tərərfindən həyata keçirilmiş işlər müzakirə olunub. Müşavirədə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri ilə birgə dənli və texniki bitkilər yığımı mövsümündə, eləcə də meşə sahələrinin yanğın təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar respublikanın regionlarında görülən işlərin əhəmiyyətindən danışılıb. Həmçinin mövsümi tədbir kimi pambıqtəmizləmə zavodları və pambıq qəbulu məntəqələrinin, tütünçülük və baramaçılıqla məşğul olan müəssisələrin də yanğın təhlükəsizliyinin təmin olunmasının diqqət mərkəzində saxlanıldığı qeyd olunub. Bildirlib ki, həyata keçirilmiş tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğınların sayı 25 faiz azalıb. Tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyətdəki nöqsanlar haqqında da danışılıb, qurumun şöbə və sektorlarının, ərazi və regional idarələrinin işindəki çatışmazlıqlara ciddi tənqidi münasibət bildirilib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI