Modern.az

Merkeldən sensasion AÇIQLAMA: “Ukrayna Avrasiya İttifaqına girə bilər”

Merkeldən sensasion AÇIQLAMA: “Ukrayna Avrasiya İttifaqına girə bilər”

25 Avqust 2014, 23:20

“Ukrayna Avrasiya İqtisadi İttifaqına daxil olmaq perspektivinə baxıb, Rusiya ilə sülh bağlamaq imkanına malikdir”.

Modern.az saytı rus mətbuatına istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel deyib. Onun sözlərinə görə Ukrayna Rusiya ilə qazın qiymətində və ticarət münasibətlərində razılığa gələ bilər.

Almaniya lideri bildirib ki, Ukrayna Avrasiya İttifaqına üzvlük üçün addımlar atsa idi, Avropa Birliyi buna mane olmayacaqdı.  

Angela Merkel vurğulayıb ki, rəsmi Kiyev bundan sonra elə addımlar atmalıdır ki, Rusiyaya ziyan dəyməsin. “Ukraynanın hərəkətləri Rusiyaya ziyan vurmamalıdır”.  

Xatırladaq ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin  Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsi və rəsmi Kiyevin Kremlin layihəsi olan Gömrük İttifaqına doğru istiqamət alması təhlükəsi Ukraynada ciddi narazılğa səbəb oldu.

Qərbmeylli qüvvələrin  kütləvi nümayişləri nəticəsində Viktor Yanukoviç hakimiyyətdən devrildi.  

Bundan sonra isə rəsmi Kiyev Avropa ilə ittifaqda olacağını bəyan etdi. Ukrayna iyun ayında  Avropa Birliyi ilə assosiasiya sazişini də imzaladı.  

May ayında isə Astanada Qazaxıstan, Belarus, Rusiya prezidentləri Gömrük İttifaqının davamı olan Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında sənədə imza atdılar. Heç şübhəsiz,  Rusiya hər vəchlə, Ukraynanı da bu ittifaqda görmək istəyir. Rusiyanın Ukraynadakı təxribat hərəkətlərində Kremlin rəsmi Kiyevi Avrasiya Birliyinə cəlb etmək niyyətlərinin olduğu da bəllidir.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi