İyulun 16-da “Borçalı” İctimai Cəmiyyətinin ötən ilin sentyabrında Borçalı ilə bağlı elan etdiyi müsabiqənin yekünlarına dair tədbir keçirildi.
“Saraclı” restoranında baş tutan tədbirdə “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyətinin üzvu Şahbaz Şamıoğlu bütün jurnalistləri qarşıdan gələn mətbuat günü münasibəti ilə təbrik edib. O deyib ki, “Borçalı” İctimai Cəmiyyəti tərəfindən aparılan monitorinq nəticəsində Borçalı ilə bağlı kifayət qədər yazılar dərc edən media orqanları müsabiqənin qalibləri sırasına daxil edilib. “Biz qaliblər arasında 1, 2, 3-cü yer fərqi qoymamışıq. Hesab edirəm ki, bütün qaliblər birinci yerə layiqdir”.
“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də jurnalistləri 22 iyul Milli Mətbuat günü ilə bağlı təbrik edib. O, deyib ki, Borçalı ilə bağlı yazılar dərc edən, verlişlər hazırlayan yazılı və internet mediası, telekanal əməkdaşları “Ən sədaqətli dost”, “Ən yaxşı tədqiqatçı jurnalist”, “Ən obyektiv və operativ informasiya orqanı ”, “Ən yaxşı publisist” , ““Borçalı” İctimai Cəmiyyətin dostu” nominasiyaları üzrə qaliblər müəyyənləşdirilib və mükafatlandırılıb.
“Borçalı” aşağıdakı media orqanlarını qaliblər sırasına daxil edib:
“Yeni Müsavat”, “Olaylar” , “Hürriyyət”, “Şərq”, “Türküstan”, “Ekspress”, “Bizim Yol”, “525-ci qəzet”, “Bakı Xəbər”, “Xalq Cəbhəsi”, “Mərkəz”, “Xural”, “Zerkalo”, “Euro Xəbər”, “Gündəm”, “Region Press”, “Azadlıq”, “Təzadlar”, “Reytinq” qəzetləri;
APA , “Turan” informasiya agentlikləri;
Anspress.com, Borçali.net, Regionmedia.net , Lent.az, Modern.az, Mia.az , Ria.az saytları;
ATV, AzTV, İctimai televiziya , Xəzər TV, Günaz TV telekanalları.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|