Modern.az

Şüvәlanlı Murad, onun samovarı vә gündәlik çay “qonaqlığı”

Şüvәlanlı Murad, onun samovarı vә gündәlik çay “qonaqlığı”

Reportaj

27 Avqust 2014, 21:23

Zahir ADİLOĞLU,
Azәrbaycan Jurnalistlәr Birliyinin “Qızıl qәlәm”mükafatı laureatı


Aşağıdakı şәkildә gördüyünüz bu gәnc vә yaraşıqlı oğlanın adı Murad, soyadı Quliyevdir. Abşeronun sәfalı Şüvәlan qәsәbәsindә yaşayır. Hәr il havalar qızışmağa başlayandan, yәni mart ayının ortalarından ta noyabr ayının sonlarınadәk - havalar soyuyana qәdәr hәr gün sәhәr saat 8-dә öz “011-Jiquli”si ilә dәnizә gәlib maşınını hәmişәki yerindә saxlayır. Sonra  arxa oturacaqdan xudmani bir stol, baqajdan isә altı stul, iri samovar, quru çay, qәnd, konfet, şokolad, kәkotu, mixәk, kömür, odun parçaları çıxarıb ehmalca yerә qoyur. Beş dәqiqә keçmәmiş odun parçaları xırda-xırda doğranılır vә samovara od vurulur.

Bundan sonra Murad  dәnizә tәrәf qaçaraq bir göz qırpımında gömgöy sulara qәrq olur. On beş-iyirmi dәqiqә lәzzәtlә çimir. Nәhәyәt,  sudan çıxıb samovara tәrәf qaçır. Samovar artıq qaynayıb. Çayı dәmlәmәk vaxtıdır.

Çaydan  samovarın üstünә qoyulur. Beş dәqiqә keçmir ki, kәkotulu pürrәngi çayın bihuşedici әtri әtrafa yayılmağa başlayır.

Çimәrliyә artıq bir dәstә adam toplaşmışdı. Әksәriyyәti bağ adamıdır. Mәnim dә bağım Şüvәlanda yerlәşdiyindәn hәr gün dәnizә gәlib çimir, idmanla mәşğul olur, beş-on kilometr mәsafәyә qaçıram. Belәliklә, hәm sağlamlığımı möhkәmlәndirirәm, hәm dә şәkәr xәstәliyimә qarşı bir növ mübarizә aparıram.

Murad hamımızı gülәr üzlә, xoş nәvazişlә çay süfrәsinә dәvәt edir. İki-bir, üç-bir süfrә әtrafına toplaşıb adama bir-iki stәkan pürrәngi çay içir, ordan-burdan söhbәt edirik. Arada dәnizә çimmәyә dә gedәn olur, idmanla mәşğuliyyәtini davam etdirәn dә.

Elә ki, gün başımızı “deşmәyә” başladı, yәni günorta saatlarında çay dәstgahımız sona yetir. Murada öz dәrin tәşәkkürümüzü bildirib sabahadәk  ondan ayrılırıq.

Ertәsi gün bu mәnzәrә eyni ardıcıllığı ilә davam edir...

Siz soruşa bilәrsiniz: axı, burada qeyri-adi nә var ki?

Qeyri-adilik isә bundan ibarәtdir ki, gәnc Murad hәmin o çay süfrәlәrini camaat üçün illәr boyu sidq-ürәklә, açıq qәlblә, başlıcası isә TӘ-MӘN-NA-SIZ açır!

İndi mәndә öz növbәmdә sizdәn soruşmaq istәyirәm:hәyatınızda belә  әlaçıq vә sәxavәtli adama tez-tezmi rast gәlmisiniz? Çoxmu görmüsününüz ki, tanımadığınız bir  şәxs hәr sәhәr tәzә dәmlәnmiş çay qabağınızda dursun?

Mәn son on-on beş ildә görmәmişәm. Әlli ildir ki, peşәkar jurnalistәm. Daim adamlar arasındayam. Amma Murad kimi saf ürәkli, geniş qәlbli, abırlı-hәyalı bir insana, demәk olar ki, rast gәlmәmişәm.

Söhbәt bir stәkan çaydan getmir. Söhbәt ürәyin saflığından, paklığından vә tәmizliyindәn gedir.

Kimә deyirәm: Şüvәlanda belә bir oğlan var, hәr sәhәr dәnizә gәlib camaata  tәmәnnasız çay “qonaqlığı” verir - inanmır. Deyirәm ki, çaydan başqa, hamını hәyәtdәn dәrdiyi meyvәlәrә - üzümә, әncirә, gavalıya qonaq edir - heç inanmırlar.

Amma fakt faktlığında qalır. Belә bir oğlan var vә oxuduğunuz mәqalә dә mәhz onun haqqındadır.

Bu mәqalәni yazmağımın daha bir sәbәbi var: deyirәm, bәlkә kimsә oxuyub nümunә götürә...


Murad sadә kәndli balasıdır. Ailәnin beş uşağından biridir. 31 yaşın içәrisindәdir. Ali tәhsili var. Memarlıq və İnşaat Universitetini bitirib. Bir müddәt ixtisası üzrә iş tapa bilmәdiyindәn üç il Bakı hava limanında çalışmalı olub. Lakin әmәyinә lazımi qiymәt verilmәdiyinә görә öz әrizәsi ilә işdәn çıxıb.

İndi hәyәt-bacasında mal-qara saxlamaqla mәşğuldur. Vaxtı yetişәndә әtini kәsib satır, hәm özünü dolandırır, hәm dә ata-anasını.

Ümimiyyәtlә, heyvanlara mәhәbbәt onda uşaqlıqdandır. Onlar haqqında çox maraqlı bilgilәri var. Bәzilәrini mәnimlә bölüşdü. Sәn demә, qarışqalar  yatmırlarmış. Lazım olanda öz çәkilәrindәn әlli dәfә çox yük daşıya bilirlәrmiş. Milçәklәr beş gözlü, dәvәlәr isә üç qaşlıdırlar. İlanlar eşidә bilmirlәr, kirpilәr isә suda batmırlar. Zürafәlәrin sәs tellәri yoxdur, üstәlik onlar üzә dә bilmirlәr.

Muradın әn çox sevdiyi heyvan atdır. İki atı var idi - ana vә bala. Anası  beş yaşın tamamında qәflәtәn xәstәlәnib öldü. Qaldı balası. Balasını da  çox saxlaya bilmәdi. Çünki mehtәrlik tәcrәbәsi yox idi. Mәcbur olub atı atasının Binәdәki dostuna bağışladı. Maşallah indi әsl köhlәn ata çevrilib. Lap әrәb atlarına oxşayır. Yeri gәlmişkәn, Muradın sözlәrinә görә, dünyada 150-dәn çox at növü var  ki, bunların da içәrisindә әn gözәllәri vә tәmizkarları mәhz әrәb atlarıdır. Әrәb atlarında hәm dә çox güclü qoxu hissi var. Yaxşı adamı pisindәn ayırırlır. Üstәgәl rәnglәri seçirlәr. Hәzin müsiqini vә şәn instrumental musiqini daha çox sevirlәr, rok musiqisindәn isә, әksinә, zәhlәlәri gedir. Onu eşidәndә bәrk hәyәcanlanırlar.

Muradın nәsli ilә maraqlanıram. Demә, Şüvәlanın әn köklü nәslindәndir. Әsillәri qalalıdır. Sonradan Şüvәlana köçüblәr. Nәslin nümayәndәlәri arasında әlaçıq vә sәxavәtli adamların sayı çox olub.

Götürәk elә atası Nadir kişini. O, cavanlığından Binә kәndindә ticarәtlә mәşğul olub. Әvvәlcә qәssablıq edib. Sonra tәsәrrüfat mağazasının, daha sonra isә әrzaq dükanının müdiri olub. Hәmişә  camaata hörmәtlә yanaşıb,  yaxşılıq etmәyә çalışıb.Yaxşılığı da heç vaxt başa vurmayıb. Tez-tez deyәrdi: “İnsan gәrәk etdiyi yaxşılığı dәrhal unutsun. Әgәr o, bunu bir dәfә üzә vursa - savabı yarı olar, iki dәfә üzә vursa - tamam yox olar, üç dәfә üzә vursa - yaxşılığı günahla әvәz olunar”.

O qәdәr adama nisyә mal verib ki, sayı-hesabı yoxdur. Deyilәnlәrә görә, әgәr bu borcları  yığıb-yığışdıra bilsәydi, özünә yaraşıqlı bir imarәt tikdirәrdi.

Nadir kişinin 71 yaşı var. Artıq pensiyadadır.  Ancaq camaat onu elәdiyi yaxşılıqlara görә unutmur, hәr gün zәng vurub әhvalını soruşur.

İngilislәrin gözәl sözü var, o sözdәn yaman xoşum gәlir: “Tәrbiyәni uşaqlarınızdan başlamayın. Çünki onlar onsuz da әvvәl-axır sizә oxşayacaqlar. Tәrbiyәni әvvәlcә özünüzdәn başlayın”.

Nadir kişi dә iki oğlun vә üç qızına hәmişә örnәk olmağa çalışıb. Onları mәhz xeyirxah, geniş qәlbli, saf ürәkli insan kimi böyüdüb boya başa çatdırıb.

Kiçik oğul Muraddan bir qәdәr danışdım. Söhbәtimiz hәlә qabaqdadır. Böyük oğul Rüstәm dә, baxmayaraq ki, ailәlidir, iki qızı var, daim 84 yaşlı nәnәsinә vә ata-anasınә baş çәkir, gәlәndә dә әliboş gәlmir, hökmәn özü ilә әtdәn, toyuqdan, pendirdәn, qәnddәn gәtirir. Kәndin әn tәrbiyәli vә qanacaqlı kişilәrindәn biridir. On üçüncü әsrin әn gözәl fars şairlәrindәn biri Calalәddin Rumi demişdir: “Olduğun kimi görün, göründüyün kimi ol!”. Bu hikmәtli sözlәr necә dә Rüstәmә yaraşır! Sanki ona baxıban deyilmişdir.

Nadir kişinin qardaşı Adil kişi haqqında daha geniş söhbәt etmәk istәyirәm. Onu el arasında “qәssab Adil” kimi dә tanıyırlar.Adil kişinin Mәrdakan vә Şüvәlan ilә yanaşı, әtraf kәndlәrdә - Buzovnada, Maştağada, Zağulbada, Bilgәhdә belә, çox böyük xәtir-hörmәti var. Başına and içirlәr. Nöşün ki, kişi adamdır! Nöşün ki, cavanlığından doğru yolun yolçusu, böyük mәnәviyyat vә ürәk sahibi olub. Heç vaxt haram tikә yemәyib. Halallığı hәr şeydәn üstün tutub. Bütün qüvvә vә bacarığını yalnız xeyirxah işlәrә vә yaxşılıqlara sәrf edib.

Deyirlәr ki,  insan ömrü illәrlә deyil, mәhz  әmәllәrlә ölçülür. Hәr kәsin әmәllәri isә onun hәyat güzgüsüdür. Buna görә dә insanlara danışdıqlarına görә deyil, әmәllәrinә görә qiymәt verirlәr. Vә düz dә edirlәr. Bir şәxs ki,  öz әmәllәri ilә başqasına fayda vermirsә, bacardığı qәdәr әl tutub yardım etmirsә, demәli, onun, mәşhur әrәb mәsәlindә deyildiyi kimi, “ölülüyü ilә diriliyi arasında heç bir fәrq yoxdur”. O, artıq ölmüş kimidir, daha dәqiq desәk, diri ikәn ölüdür.

Yaxşı әmәl sahiblәri isә, әksinә, diri ikәn hәyatda silinmәz iz buraxmağa, belәliklә, hәm bu dünyaları, hәm dә o dünyaları üçün özlәrinә rәhmәt qazanmağa çalışırlar.

Şüvәlanlı  Adil kişi kimi!Yaşı artıq sәksәnә çatsa da, gümrahlığını hәlә dә qoruyub saxlamışdır.  Qohum-әqraba, dost-tanış hәr gün dәniz kәnarındakı xudmani yay evinә yığışır. Sanki onlar pәrvanәdirlәr, Adil kişi isә gur lampa.

Tәbii ki, Murad әlaçıqlıqda vә sәxavәtdә әvvәlcә atası Nadir kişiyә, sonra isә әmisi Adil kişiyә çәkmәli idi. Vә çәkib dә! Onun bu cür yüksәk insani keyfiyyәtlәrә malik olmasında Kamil әmisinin vә Rәşid әmisinin dә  çox böyük rolu olub - bunu dana bilmәrik. Kamil әmisi bir neçә ildir ki, Allah rәhmәtinә gedib.

Rәşid әmisi isә uzun illәr dövlәt qulluğunda çalışdıqdan sonra hazırda pensiyadadır. O da kәndin xeyirxah adamlarından biri olub. Qarşıdan  yetmiş illik yubileyi gәlir. Fürsәtdәn istifadә edib bu gözәl  insanı  ürәkdәn tәbrik edirik, ona hәyatda cansağlığı vә yeni uğurlar dilәyirik.



...Muradın çox geniş maraq dairәsi var. Heyvanları sevmәsindәn danışdıq. İndi Abşeron torpaqlarının qәdim tarixi ilә necә yaxından maraqlandığından söz açacağıq. Doğma Mәrdәkanı vә Şüvәlanı yarımadanınәn sәfalı yerlәrindәn biri sayır.

- Təsadüfi deyil ki, Bakı milyoncularinın böyuk əksəriyyəti öz bağlarını məhz buralarda salıblar, - deyir.
-  Məsələn, götürәk Səmsi Əsədullayevi. Rәhmәtliyin Mәrdәkanın tәn ortasında olduqca  gözəl bağı,  yaraşıqlı imarəti  var idi. Bağ başdan-ayağa gül-çiçәklә, meyvə ağaçları ilə doluydu. Sura hökuməti gələndən sonra buranı “Abşeron” mədə-bağırsaq sanatoriyasına cevirdilər. Bu günәdәk dә sanatoriya kimi fәaliyyәtini davam etdirir.

İndiki Mərdəkan dendrarisinin yerində isә Murtuza Muxtarovun gözәl bağı olub. Yeri gәlmişkәn, Pir  Həsən ziyarətgahının axundu Haçi Mirzə əbu Turab Axundzadə 1908-çi ildə rəhmətə getdikdәn sonra qəbrinin üstündəki türbəni dә məhz Murtuza Muxtarov tikdirib.  Haçi Zeynalabdin Tağiyev və qızı Sara xanım da orada uyuyurlar.

Bu sözlәrdәn sonra  Murad  Hacı Zeynalabdin Tağıyevlә bağlı maraqlı bir әhvalat danışdı:

- Hacı Zeynalabdin Tağıyev vә Pir Hәsәn ziyarәtgahının axundu  Hacı Mirzә bәrk dost olublar. Tez-tez görüşәrlәrmiş.

Günlәrin bir günü Hacı Zeynalabdin öz dostunun yanında var-dövlәti ilә öyünmәyә başlayır. Bu, Hacı Mirzәnin xoşuna gәlmir vә o  deyir:
- Hacı, heç vaxt var-dövlәtinlә  öyünmә. Pul gәldi-gedәr şeydir. Bu gün  var, sabah yoxdur. Bir dә gördun bir günün içindә müflis oldun.

Hacı Zeynalabdin Hacı Mirzәnin bu sözlәrini ciddiyә almır.
- Әzizim! - deyir. - Mәnim nәinki Azәrbaycanda vә Rusiyada, bütün Avropa ölkәlәrindә o qәdәr var-dövlәtim var ki, saymaqla qurtarmaz. Sәncә, mәnim kimi adam müflislәşә bilәr?

Bu söhbәt olub 1907-ci ildә. Bir ildәn sonra axund Hacı Mirzә rәhmәtә gedir. 1920-ci ildә isә sovetlәr hakimiyyәti әlә keçirib Hacı Zeynalabdinin bütün var-dövlәtini әlindәn alırlar, dübarә xaricdәki bank hesablarını da müsadirә edirlәr. Belәliklә, Hacı Zeynalabdin bir günün içindә olur lüt-üryan. Elә bu vaxt  dostunun sözlәrini yadına salır. Amma artıq gec idi. Zaman öz hökmünü vermişdi. Odur-budur, kişi 1924-cü ildә ölüm ayağında olarkәn yaxınlarına belә bir vәsiyyәt edir:
- Mәni hökmәn Pir Hәsәn ziyarәtgahında axund Hacı Mirzәnin ayaqları altında basdırarsınız. Çünki vaxtı ilә onun ayaqları bildiklәrini mәnim başım bilmәyib.

Hәqiqәtәn dә Hacı Zeynalabdini Hacı Mirzәnin ayaqları altında olmasa da hörmәt әlamәti olaraq sol tәrәfindә dәfn ediblәr...

Çox  ibrәtamiz vә tәsiredici bir söhbәt!
Mәn dә öz növbәmdә Murada dövrümüzün әn mәşhur qәzәlxan-şairlәrindәn vә füzulişünas-alimlәrindәn biri olan Hacı Maillә bağlı bir xatirә danışdım.

- Qubada, bir mәclisdә idik, - dedim. -  Bir nәfәr Hacı Mailә belә bir sualla müraciәt edir:

- Hacı,  Nәsimi bir beytindә yazır ki:

Yeddidir, dörd yeddidәn üç yeddidir,
Yüz iyirmi dörd yenә üç yeddidir.
Evi bir, bacası yeddi, babı üç,
Әhli-beyt ilә özü  on yeddidir.

Bu beyti necә açıqlaya bilәrsiniz?

Hacı Mail qarşısındakı pürrәngi çaydan bir qurtum içib söhbәtә başladı:

 - Birinci misrada deyilir ki, “Yeddidir, dörd yeddidәn üç yeddidir”. Nәsimi bununla “Fatihә” surәsinә işarә edir, hansı ki,  yeddi ayәdәn ibarәtdir. Hәm dә “Fatihә” surәsinin dörd әsas adı var: “Surәtil-Fatihә”, “Ümmul-kitab”, “Şәbul-mәsani” vә “Hәmd”. Ümumilikdә isә “Fatihә” surәsinini  21 adı var ki, bu da cәmdә üç yeddi edir.

İkinci misra: “Yüz iyirmi dörd yenә üç yeddidir”.  Bu, ona işarәdir ki,  namazın әnvacib hissәsi olan "Fatihә" surәsi 124 hәrfdәn ibarәtdir vә o yazılarkәn  әrәb әlifbasının yalnız 21 hәrfindәn istifadә olunub. 21 rәqәmi isә üç yeddidәn ibarәtdir.

Üçüncü misra: “Evi bir, bacası yeddi, babı üç”. Yәni namazın әn vacib hәrәkәtlәrindәn biri “sәcdә”dir ki, bu vaxt insanın yeddi әzası - alnı, iki әli, iki dizi vә iki ayaq barmağı yerә dәymiş olur. Bәs niyә “babı üç?”. Demә, cәfәri mәzhәbindәn olan müsәlmanlar o biri mәzhәbә sitayiş edәn müsәlmanlardan fәrqli olaraq gündә üç dәfә namaz qılırdılar.

Nәhayәt dördüncü misra: “Әhli-beyt ilә özü on yeddidir”. İslamın ilk dövrlәrindә namaz iki rukәtdәn ibarәt olub. Sonralar Mәhәmmәd peyğәmbәr Hәzrәti-Әlinin, imam Hәsәnin, imam Hüseynin vә qızı Fatimeyi-Zәhranın şәrәfinә bu rukәtlәrin sayını artırıb  on beşә çatdırıb. Üstәgәl әhli-beyt vә peyğәmbәr şәninә iki rukәt. Cәmi edir on yeddi rukәt. Buna görә dә Nәsimi yazıb: “Әhli-beyt ilә özü on yeddidir”. Vәssalam-şüdtamam!

Mәnim bu  söhbәtim Murada vә çay süfrәmiz arxasında әylәşmiş köhnә dostum vә bağ qonşum, tanınmış yazıçı Seyran Sәxavәtә  necә lәzzәt elәdisә, o da xalq şairi Nәbi Xәzri ilә bağlı bir xatirәsini danışmaq istәdi.

-  Altmışıncı illәrin ortaları idi, - söylәdi -  Universitetin Şәrqşünaslıq fakultәsindә oxuyurdum. Günlәrin bir günü fakultәnin dekanı mәni yanına çağırıb dedi ki, bәs, Nәbi Xәzri sәni axtarır. Tәcili bu telefona zәng vur.

O vaxt Nәbi Xәzri dövlәt radio və televiziya komitəsindә sədr müavini işlәyirdi.

Zənğ vurdum. Səsimi eşidən kimi sevinclә dedi: 
- Seyran, oğlum, salam! “Ədəbiyyat və inçəsənət” qəzetinin son nömrəsində sәnin seirlərini oxudum. Olduqca xoşuma gəldi. Səni “On dəqiqə poeziya” verilişinә dəvət edirəm. Şeirlərini götur, sabah gəl yanıma. Birbaşa efirə cixaçaqsan.

Eşitdiklərimə inanmadım. Mәn hara, “On dәqiqә poeziya” verilişi hara?! Cunki adətən bu verilişə Məmməd Rahim, Bəxtiyar Vahabzadə kimi adlı-sanli şairləri, söz ustadlarını dəvət edirdilər.  Mәn isә...

Nə  başınızı ağrıdım, ertәsi gün axşam telestudiyaya gedib əvvəlcә Nəbi Xəzri ilə göruşdum. Məndən bir xahişi oldu:
- Seyran, hansi şeiri oxumaq istəyirsənsə oxu, özün bilәrsәn, amma “İlk məhəbbət - son məhəbbət” şeirini mutləq oxuyarsan .

Səbəbini başa duşməsəm də həmin seiri oxudum.

Sən nə istəyirdin, nələr itirdin,
Qorxma kül olmaqdan, yan, məhəbbətim.
Sən mənim başıma nələr gətirdin,
Ay ilk məhəbbətim - son məhəbbətim.

O parlaq eşqimdən cox utanıb dan,
Ulduzlar eşqimdən qızartı dərmiş.
İnsanlar bir dəfә doğulduğundan,
Elə bir dəfə də sevə bilərmiş.

Mənәm, milyard naxış səpmişəm göyə,
De, varmı hesabı naxışlarımın?
Kipriklər özgəyə baxmamış deyə,
Çəkir keşiyini baxışlarımın.

Elə sızıldayır qəlbim tar kimi,
Sən kimin eşqini daşıyaçaqsan?
Bəlkə də divarlar, maşınlar kimi,
Sən də məhəbbətsiz yaşayaçaqsan.

Burda tənhalığdan lap iyrənmişəm,
Qoy meh sığallasın telini sənin.
Gedib yetmiş iki dil öyrənmişəm,
Hələ tapmamişam dilini sənin.

Sən bir soyuq ulduz, mən gözləri nəm,
Eybi yox, mənimçün həmişə varsan.
Sixma ürəyimi, ürək çəhənnəm,
Axi, sən ordasan, sən sıxılarsan.

Bu hadisənin üstündən, yalan olmasın, duz on beş il kecdi. Moskvaya, ezamiyyәtә detmişdim. Təsadüfən mehmanxanada Nəbi Xəzri ilə görüşdüm. Demə, subh tezdən Yaponiyaya uçaçaqmış.

Xoş-beş on-beşdən  sonra məni öz lüks nömrәsinә dəvət etdi. “Hapoleon” konyakindan adama yuz-yuz vurduq. Sonra gileylәndi:

- Seyran,  sәni o cür verilişә dәvәt elәdim, amma mәndәn bunun sәbәbini heç soruşmadın.

- Fikirlәşdim ki, yәqin şeirlәrim xoşunuza gәlib, - dedim.

- Bu, öz yerindә, - söylәdi. - Amma verilişә çıxmağının başqa bir sәbәbi dә var idi, hansından ki, sәnin xәbәrin yoxdur.

Maraq mәni götürdü. Sakitcә yerimdә oturub Nәbi müәllimin nә deyәcәyini gözlәdim.

O da göksünü ötürәrәk söhbәtinә davam etdi:

- Seyran, mənim bu həyatda cox sevdiyim bir qadın var idi. Bir dəfə neçə oldusa xәtrinә dәydim. Özü dә haqsız yerә. İnçiyib getdi. Ha onunla barışmaq istəsəm də, xeyri olmadi. Zənq edirdim, səsimi eşidən kimi dəstəyi yerə qoyurdu, mәktub yazırdım, cavab vermirdi. Üzr istəməyə macalım da  olmurdu. Nə isə, əlacsız qalıb taleyimlə barısdım.

Bir gun səhər işdә oturub “Azərbayçan” jurnalının təzə nömrəsini vərəqləyirdim. Birdən gözüm sənin “İlk məhəbbətim - son məhəbbətim” şeirinə sataşdi. İlahi, elə bil mənim ücün yazılmısdı! Tez jurnaldan o şeiri kəsib zərfə qoydum, üzərinə də həmin o qadının ev ünvanını yazıb öz əlimlə poct qutusuna saldım.

Üstündən düz on gün kecdi. İndiki kimi yadimdadır, iş otağıma təzə girmişdim ki, telefonum zəng caldi. Dəstəyi qaldırdım. O idi. Hönkür-hönkür ağlayırdı. Sakitləşəndən sonra isә mәnә dediyi ilk sözlərbu oldu:
- Nəbi, o şeiri  jurnalda mən də oxumuşdum. Mənim də ürəyimdən kecdi ki, onu kəsib sənə qöndərim. Ançaq özümə sığısdırmadım. Səndən ötrü cox darıxmısam. Göl  görüsək.

Nəbi Xəzri bu sözlərdən sonra bir qədər süküta daldı. Nәhayәt, dillәndi:
- Seyran, “On dəqiqə poeziya” verilişinə cıxmağınla sən Nəbi Xəzriyə yox, məhz o qadına borclusan - bunu bil! İndi isə səndən bir təvəqqem var: mən bu dünyadan köcub gedəndən sonra, nə vaxtsa  öz xatirələrini yazmaq fikrinə düşsən, bu söhbәtihökmәn qələmə alarsan. Oldu?
-Oldu, Nəbi müəllim, söz verirəm!

Sözümə də əməl etdim. Nəbi Xəzrinin o “sirrini” düz otuz il qəlbimdə saxladım və yalnız ölümündən bir necə il sonra “Qaçaqaç”  kitabımda qələmə aldım...

Düzü, Seyran müәllimin bu xatirәsi mәni dә,  Muradı da bәrk hәyәcanlandırdı. Hәr üçümüz Nәbi müәllimә Allahdan rәhmәt dilәdik, “qәbri nurla dolsun!” dedik.

Söz sevgi-mәhәbbәtdәn düşmüşkәn,demә, Muradın da öz “sevgisi” var. O, qatı futbol azarkeşi imiş. Özü dә İtaliya futbolunun. Bunu butun kәnd bilir. Adını da mәşhur italiyalı futbolçunun şәrәfinә “Roberto Bacio” qoyublar.

Uzun illәrdir ki, bu ölkәnin  yığma komandasına, elәcә dә Milanın  “İnter” klubuna azarkeşlik  edir. Başında hәmişә İtaliyanın emblemi olan futbol papağı gәzdirir. “İnter”li Lusionun, Uesli Sneyderin, Samuel Etonun, Tiaqo Mottanın,  Dieqo Militonun adları dilindәn düşmür. 
2009-cu ildә  “İnter”  mәşhur portuqaliyalı mәşqçi Joze Mourinyunun başçılığı ilә  İtaliya çempionatında qalib gәlәndә, bir il sonra isә  nәinki İtaliya çempionatının, hәm dә ölkә kuboku uğrunda yarışların vә UEFA Çempionlar Liqasının qalibi olanda Muradın da sevinci yerә-göyә sığmırdı.  Sanasan lotereyada “cek-pot” aparıb.

Amma sevimli komandaları uduzanda  üzünü görmә. Braziliyada keçirilmiş axırıncı dünya çempionatı vә İtaliya yığmasının bu çempionatda biabırçı çıxışı yәqin ki, yadınızdadır. İtalyanlar qrup turnirinin hәlledici oyununda uduzaraq çempionatı tәrk edәn kimi Murad başını “keçәl” qırxdırıb, matәm saxlamağa başladı. Onun fikrincә, yığmanın başında gәrәk Joze Mourinyu duraydı. Әgәr belә olsaydı, heç şübhәsiz ki, italyanlar dünya çempionu adını qazanacaqdılar.

Ümumiyyәtlә Murad Mourinyunu müasir futbolun dühası sayır. Vә sözlәrini faktlarla tәsdiq edir: Mourinyu yeganә mәşqçidir ki, dörd ölkәnin  - Portuqaliyanın, İngiltәrәnin, İtaliyanın vә İspaniyanın milli çempionatlarında qalibiyyәt әldә edib. Üç mәşqçidәn biridir ki, iki ölkәnin ayrı-ayrı komandaları ilә Avropa Çempionlar Liqasının qalibi olub. Yeganә mәşqçidir ki, başçılıq etdiyi “Real” (Madrid) klubu 2011-ci ilin ölkә çempionatında 38 oyundan 32-ni udaraq rekord miqdarda - 100 xal (!) toplayıb.

Murad inanır ki, İtaliya yığması vә “İnter” klubunun futbolçuları bu  mövsümdә öz parlaq çıxışları ilә nәinki Avropadakı milyonlarla pәrәstişkarlarını, hәm dә Şüvәlәndakı yeganә pәrәstişkarını, yәni onu ürәkdәn sevindirәcәklәr.

Mәqalәmi Mәhәmmәd peyğәmbәrin iki kәlamı ilә başa vurmaq istәyirәm. O, birinci kәlamında buyurub: “Әgәr kimsә öz halal zәhmәti ilә qazandığı pula bir xurma alıb onu bir kasıba  bәxş elәsә, Allah-tәala bu sәxavәtin müqabilindә hәmin insana dağ boyda mükafat verәr”.
İkinci kәlam isә belә sәslәnir: “İnsan o vaxt şәxsiyyәt ola bilәr ki, әmәli düz olsun, sözü bütöv olsun vә xeyirxah işlәr görmüş olsun”.

Murad, hәr iki kәlamı ömrün boyuyadında saxla! Qoy Allah sәnә yar olsun! Elәdiklәrin yaxşılıqlar bir-bir qabağına çıxsın!

 Foto müәllifindi

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI