“Unibank” iyun ayının 16-dan avqustun 31-dək “VİSA” beynəlxalq ödəniş sisteminin plastik kartlarının bütün sahibləri üçün keçirdiyi “VİSA günləri” lotereya aksiyası çərçivəsində mükafatların birinci tirajını keçirdi.
Antalyaya birinci turun sahibi daxil olmaqla, bütün qaliblər iyul ayının 15-də, müstəqil müşahidəçilər, jurnalistlər və Bankın müştərilərindən təşkil olunan yeddi nəfərdən ibarət lotereya komissiyasının iştirakı ilə müəyyən edildilər. Seçim Bankın Baş ofisində, iyun ayının 16-dan iyulun 14-dək bankomatlar, POS-terminallar və İnternet vasitəsilə 76 mindən artıq əməliyyat yerinə yetirmiş 1797 “VİSA” kart sahibləri arasında aparılmışdır.
Bu zaman ən azı 20 AZN/USD/EUR/GBP məbləğində olan hər bir əməliyyat “Unibank” tərəfindən uduş üçün bir şans kimi qiymətləndirilmiş, mükafatların sahibləri isə təsadüfi kompüter seçimi üsulu ilə təyin edilmişlər.
İlk növbədə komissiyanın üzvləri “I-pod” musiqi pleyerlərinin üç sahibini müəyyən etmişlər – bunlar, “VİSA” kartlarından fəal surətdə iştifadə edən paytaxt sakinləri R.Qəmbərov, A.Kərimli və Ş.Şükürov olmuşlar. Daha sonra, aksiyanın iştirakçıları arasında üç ədəd rəqəmsal “Canon A490” markalı fotokamera oynanılmışdır ki, onlar K.Bredliyə, İ.Qurbanovaya və N.Nəsirova nəsib olmuşlar. “VİSA günləri” aksiyasının birinci tirajının nəticələrinə görə Antalyaya bir həftəlik turun sahibi isə, son ay ərzində öz kredit kartı üzrə 77 tranzaksiya yerinə yetirmiş Şəki sakini Ə.Atayev olmuşdur. Tirajın yekunları bank tərəfindən kütləvi informasiya vasitələrində dərc ediləcəklər. Azərbaycan Respublikasının Qiymətli kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş lotereyanın şərtlərinə görə, “VİSA günləri” kampaniyası çərçivəsində mükafatların növbəti tirajı avqust ayının 10-da keçiriləcəkdir.
Xatrırladaq ki, lotereya aksiyasında, əmək haqqı kartları, habelə Britaniya Funtu ilə olan yeni “VİSA” kartları da daxil olmaqla, “Unibank”ın buraxdığı bütün fərdi “VİSA” kartlarının sahibləri, Bank əməkdaşlarının kartları istisna olmaqla, iştirak edə bilərlər. Onu da qeyd etmək lazımdır ki, hər bir plastik kart sahibi “Unibank”da endirimlər klubunun (buraya “Lyuks” ticarət markalı onlarla ticarət və pərakəndə satış məntəqəsi, restoran, gözəllik salonu, ətriyyat və digər mağazalar daxildir) iştirakçısına çevrilir. Bankın güzəşt proqramları, “VİSA günləri” kampaniyasının şərtləri və “Unibank”da plastik kartların sifarişi üzrə əlavə məlumatı (012) 117 nömrəli telefona zəng vurmaqla əldə edə bilərsiniz.