Modern.az

Vurğun Əyyub Qubad İbadoğlunun yeni başqan olmasını istəyir

Vurğun Əyyub Qubad İbadoğlunun yeni başqan olmasını istəyir

Qarabağ

28 Avqust 2014, 17:28

“Müsavat Partiyasının başqanlığına namizədliyimi irəli sürməyəcəm”. Bunu Modern.az-a Müsavat Divanının üzvü Vurğun Əyyub deyib. Onun fikrincə, namizədliyini irəli sürməyə  ehtiyac yoxdur.

“Müsavatın qurultayında başqanlığa iddialı olan namizədlərdən kimi dəstəkləyəcəksiniz” sualına Vurğun Əyyub belə cavab verib “Bilirsiniz ki, Müsavatın qurultayına hazırlıq davam edir. Təbii ki, namizədliyini irəli sürənlərin sayı arta da bilər. Amma yeni namizədlərin adları bəlli olsa da, mənim dəstəkləyəcəyim bir namizəd var – o da Qubad İbadoğludur”.

Qeyd edək ki, Müsavat Partiyasının növbəti qurultayı sentyabr ayının axırlarında keçirilməlidir. Bu gündən başqanlığa iddialılar namizədliklərini irəli sürməyə başlayıblar. İndiki başqan İsa Qəmbərin yerinə əsas iddialılar Müsavatın Divan üzvləri  Tural Abbaslı, iqtisadçı-ekspert  Qubad İbadoğlu, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və başqanın keçmiş müşaviri Səxavət Əlisoydur.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu