Modern.az

“Atamın vertolyotu vurulub” - BBC Malayziyanın MH17 təyyarəsinin taleyini Qarabağda vurulan Mi-8 helikopteri ilə müqayisə edib

“Atamın vertolyotu vurulub” - BBC Malayziyanın MH17 təyyarəsinin taleyini Qarabağda vurulan Mi-8 helikopteri ilə müqayisə edib

28 Avqust 2014, 17:46

Modern.az saytı xəbər verir ki, nüfuzlu BBC şirkətinin dünyanın 200-dən çox ölkəsinə yayımlanan “Outlook” verilişi Ukraynada vurulan Malayziyanın MH17 təyyarəsinin taleyini 1991-ci il noyabrın 20-də Qarabağın Xocavənd rayonu ərazisində vurularaq yerə salınan Mi-8 helikopteri ilə müqayisə edib.

Qarakənd faciəsində atasını itirən və bu hadisələri araşdıran “Sülh missiyası” və “Sülh missiyası-2” filmlərinin müəllifi azərbaycanlı jurnalist Sevinc Osmanqızı Malayziya təyyarəsində olduğu kimi, Qarabağda da Azərbaycanlı müstəntiqlərin əraziyə buraxılmasında yaşanan problemlərdən danışıb.

Sevinc Osmanqızı helikopter faciəsinin Azərbaycanla Ermənistan arasında imzalanmalı olan sülh razılaşmasından 2 gün əvvəl baş verdiyini vurğulayıb.

BBC-nin aparıcısı Metyu Bannister məhz vertolyot faciəsindən bir neçə gün sonra Azərbaycanla Ermənistan arasında müharibənin başlandığını deyib.
“Atamın vertolyotu vurulub” adlanan veriliş BBC-də 2 gün ərzində 3 dəfə yaymlanıb.

Verilşin tam versiyasını aşağıdakı linkdə dinləyə bilərsiniz.

//www.bbc.co.uk/programmes/p0253ht1


Modern.az
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi