Modern.az

Rusiyadan Azərbaycana gələn turistlərin sayı azalıb

Rusiyadan Azərbaycana gələn turistlərin sayı azalıb

İqtisadiyyat

29 Avqust 2014, 10:57

2014-cü ilin 6 ayı ərzində Rusiyadan Azərbaycana 361 min turist gəlib. Modern.az bildirir ki, bu barədə Rusiya Federal Turist Agentliyinin rəsmi saytında məlumat yayılıb. Saytdakı məlumata görə, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz azdır. 2013-cü ilin altı ayında Rusiyadan Azərbaycana gələn turistlərin sayı 415 min nəfər olub. Məlumatda qeyd edilir ki, Rusiya vətəndaşları turist kimi daha çox Finlandiyaya (2,195 milyon), Türkiyə (1,794 milyon) və Ukraynaya (1,593 milyon) gediblər. Azərbaycan bu siyahıda 17-ci yerdədir. Bu ilin altı ayında Azərbaycandan Rusiyaya turist kimi gedənlərin sayı isə 347 min nəfər olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...