Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yaxın üç kündə Bakıda və Abşeron yarımadasında, eləcə də Azərbaycanın rayonlarında havalar istiləşəcək, temperatur 38 dərəcəyə çatacaq.
İyulun 19-da Bakıda hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq gözlənilir.
Havanın temperaturu 35-37 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-29 dərəcə olacaq.
İyulun 20-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.Havanın temperaturu gecə 23-27dərəcə, gündüz 34-38 dərəcə isti olacaq.
İyulun 12-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, Şimal küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 35-38 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında
İyulun 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gündüz 33-38, dağlarda 24-29 dərəcə təşkil edəcək.
20-21 iyulda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda gecə 14-19 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
Modern.az