Modern.az

Bakıda bina uçub, dağıntılar altında qalan olub

Bakıda bina uçub, dağıntılar altında qalan olub

19 İyul 2010, 17:50

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Bakı şəhəri, Nizami rayonunda tikinti işləri aparılan birmərtəbəli binada uçqun baş verib. Hadisə baş verəndən sonra Fövqəladə Hallar Nazirliyinə dağıntılar altında köməyə ehtiyacı olan şəxslərin qalması haqqında məlumat daxil olub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, birmərtəbəli binanın bir hissəsi uçub və bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb. Xilasedicilər müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi dağıntılar altından xilas edərək ilkin tibbi yardın göstərdikdən sonra aidiyyəti üzrə təhvil veriblər, həmçinin, hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI