Modern.az

Məşhurların övladları: Çingiz Abdullayevin hüquqşünas qızı - FOTO

Məşhurların övladları: Çingiz Abdullayevin hüquqşünas qızı - FOTO

4 Sentyabr 2014, 02:36

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.

Budəfəki təqdimatımız Azərbaycanın məşhur dedektiv yazıçısı, nasir, publisist, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevanın qızı Nərgiz Abdullayeva barəsindədir.

55 yaşlı Çingiz Abdullayev 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi katibidir. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alıb (1988). Daha sonra beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafıə edib (1991). O, həm də Azərbaycan PEN klubunun vitse-prezidentidir.
1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir.
Rus dilində yazıb-yaradır. İngilis, türk və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub.
Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıtdırıb.
Atıcılıq üzrə idman ustasıdır. Hüquq elmləri doktoru, professordur.

Çingiz Abdullayevin iki övladı var: qızı Nərgiz və oğlu Cəmil Abdullayevlər.


Nərgiz Abdullayeva
Çingiz Abdullayevin böyük övladıdır. O, 1988-ci ildə anadan olub. Bakıda orta təhsilini müvəffəqiyyətlə başa vuran Nərgiz xanım ali təhsilini Londonda alıb. Belə ki, 2006-2009-cu illərdə London Universitetinin hüquq fakültəsində bakalavr təhsili alıb. Daha sonra ali təhsilini London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində davam etdirib.
Yeri gəlmişkən, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir və sosial elmlər üzrə ixtisaslaşmış dövlət tədqiqat universitetidir. Məktəb ictimai elmlərin tədrisi üzrə dünyada Harvard, Berkli və Stanford universitetləri ilə bir sırada dayanır.

Burada ənəbi tələbələrin bakalavriat üzrə təhsil haqqı təxminən 13680, magistraturada isə 19224 funt-sterlinq təşkil edir. Təhsil haqqı proqramdan asılı olaraq dəyişir – azala və arta bilər. Burada əyani və ya qiyabi oxuyan tələbə fərqli təhsil haqqı ödəyir. Qeyd edək ki, ali məktəbdə təhsil haqqı  ildən-ilə artmaqdadır.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin magistratura pilləsində təhsil alan azərbaycanlı tələbələrdən biri Nərgiz Çingiz qızı Abdullayeva olub. O, burada 2009-2010-cu tədris ilində hüquq ixtisası üzrə magist dərəcəsi alıb.

Nərgiz Abdullayeva ailə həyatı qurub və həyat yoldaşı ilə hazırda xaricdə yaşayır.


A.Qorxmaz

***   

Həmçinin oxu:

Tağı Əhmədovun hakim oğlu

//modern.az/articles/49878/1/

Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

Yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/

Ziyad Səmədzadənin iqtisadçı oğlu
//modern.az/articles/53115/1/

Amaliya Pənahovanın səfir oğlu
//modern.az/articles/53904/1/

Polad Bülbüloğlunun musiqiçi oğlu
//modern.az/articles/53963/1/

Vasif Talıbovun oğlanları - FOTOLAR
//modern.az/articles/54638/1/

Nazim İmanovun diplomat oğlu
//modern.az/articles/54901/1/

Aslan İsmayılovun hüquqşünas oğlu
//modern.az/articles/55364/1/

Elçin Əfəndiyevin hüquqşünas qızı
//modern.az/articles/55796/1/

Allahşükür Paşazadənin filosof qızı
//modern.az/articles/56061/1/

Ramiz Mehdiyevin professor qızı
//modern.az/articles/56459/1/
 

Şəmsəddin Hacıyevin dekan qızı
//modern.az/articles/57209/1/


Kəmaləddin Heydərov və kiçik oğlu
//modern.az/articles/57885/1/


Kamal Abdullanın prorektor oğlu
//modern.az/articles/58458/1/

Sabir Əhmədlinin şəhid oğlu
//modern.az/articles/58734/1/

Şəfiqə Məmmədovanın kinoşünas oğlu
//modern.az/articles/59187/1/

Mirşahin Ağayevin uşaqları - oğlanları və qızı
 
//modern.az/articles/59971/1/  

Oqtay Şirəliyevin telejurnalist qızı - FOTOLAR
//modern.az/articles/63033/1/

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir