Gürcüstan prezidenti Mixail Saakaşvili hökumət üzvlərini hədəfə götürüb. Modern.az gürcü mətbuatına istinadən xəbər verir ki, Kvarelidə açıq havada hökumətin iclasını keçirən prezident qeyd edib ki, hazırda hökumətdə bekarçılıqla məşğul olan nazirlər var. “Onlar üçün ən yaxşı poza bekarçılıqdır”deyən prezident əlavə edib ki, “guya bizim hökumət qarnı tox ölkənin hökumətidir. Mən buna dözmək niyyətində deyiləm”. Prezident Kaxetiya bölgəsində turizmin zəif inkişaf etməsində konkret nazirlikləri ittiham edib. “Hər şeydə mənimlə razılaşan, eləcə də hər dəfə konker məsəlinin öhdəsindən niyə gələ bilmədiklələrini izah etməyə cəhd edən vəzifəli şəxs lazım deyil. Biz ət kombinatı deyilik ki, nazirlər və vəzifəli şəxslərimiz üçün ət saxlayaq. Bizə canlı, fəal, təşəbbüskar, enerjili, ideyalı insanlar lazımdır”,-deyə Saakaşvili bildirib.
Keçmiş iqtisadiyyat naziri Zurab Pololikaşvlinin fəaliyyətini kəskin tənqid edən prezident ölkə iqtisadiyyatına investisiya qoymaq istəyən şəxsləri ora-bura qovan nazirləri və digər vəzifəli şəxsləri avaraçılıqda ittiham edib: "Nazir ölkə iqtisadiyyatına 9 milyon dolar sərmayə qoymaq istəyən şəxsə 3 aydan sonra rədd cavabı verir, bu o vaxt baş verir ki, mən və hökumət başçıs Nika Qilauri hər gün bəyan edirik ki, bizə investisiya lazımdır! Ölkə az qala 9 milyon dollarlıq investisiyadan mərum ola bilərdi".
Sakaşvli nazirliklərdə yoxlamalar aparacağını və orada nazirlərin qohumlarının işləməsi faktını öyrənəcəyini və qohumbazlığa dözməyəcəyini bildirib. “Bizə fəal vətənpərvərlər və peşəkarlar lazımdır. Bizim məmurlara məhz bu iki keyfiyət lazımdır. Daha kabinetlərdə rahat yerdə oturmaq və siqaret çəkməklə məşğul olan nazirlər yox. Kabinet ondan ötrü deyil ki, orada kofe içsinlər, siqaret çəksinlər. Kabinetlər ondan ötrüdür ki, iş görülsün. Dostluq, tanışlıq, qohumluq əlaqələri kadr seçimində rol oynamamalıdır”.
Saakaşvli hesab edir ki, bürokratiya və qeyri-peşəkarlıq ölkəsi üçün ən böyük problemdir. Onun zənnincə, bürokrat və qeyri-peşəkar nazirlər xarici aqressiya və düşməndən də qorxludurlar.