Modern.az

Bakı metropoliteni yeniliyə hazırlaşır

Bakı metropoliteni yeniliyə hazırlaşır

İqtisadiyyat

7 Sentyabr 2014, 12:58


Yeni tədris ili başlayanda - 15 sentyabrdan Bakı metropolitenində qatarların payız-qış hərəkət qrafiki tətbiq olunacaq. Bu barədə Modern.az saytına Bakı metropolitenindən məlumat verilib. Bildirilib ki, payız-qış hərəkət qrafikinə keçid metroya sərnişin axınının artmasıyla əlaqədar nəzərdə tutulur.
Yeni qrafikə əsasən,  səhərlər sərnişinlərin çox olduğu saatlarda – 7:30-dan 10:30-dək olan müddətdə 30 cüt, axşamlar isə 28 cüt qatardan istifadə olunacaq. Nəticədə bu nəqliyyat vasitəsindən istifadə edən sərnişinlərin hərəkəti nizamlanacaq.
Təxminlərə görə, sentyabr ayında Bakı metropolitenində sentyabr ayı ərzində 16 milyon, gündə isə orta hesabla 533 min 300 sərnişin daşınacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...