Modern.az

“28 May” metrostansiyasında giriş nə vaxt açılacaq?

“28 May” metrostansiyasında giriş nə vaxt açılacaq?

İqtisadiyyat

8 Sentyabr 2014, 11:38

“Sentyabr ayının 15-dən etibarən “Bakı metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti payız-qış qrafikində fəaliyyət göstərəcək. Payız-qış qrafikinə hazrlıqlar hələ yay qrafiki tətbiq olunduğu zaman həyata keçirilməyə başlamışdı. Hazırda isə Bakı metropoliten tam gücüylə hazırlıqlarını başa çatdırıb”.

Bu barədə Modern.az-a “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

“Bütün qatarlarımız nəzarətdən keçirilib, təmir olunub, avadanlıqlar yoxlanılıb. Eskalatorlar saz vəziyyətə gətirilib. Ən əsası da payız-qış qrafikinə keçən zaman qatarların sayı artırılaraq 25 cüt qatardan 30 cüt qatara çatdırılacaq. Eyni zamanda intervallar da azalacaq”.

Metropoliten rəsmisi bildirib ki, təmiri davam etdirilən “28 May” stansiyasının girişinin nə vaxt açılacağı barədə məlumat olmasa da, “Elmlər Akademiyası”nda təmirə dayanmış eskalatorun fəaliyyəti bərpa olunacaq:
“Orada fəaliyyət göstərən 3 eskalatordan biri 2 aydan çoxdur ki, təmirə dayanıb. Həmin eskalator tamamilə sökülərək yeni detallarla bərpa olunub. Qış qrafikinə keçəndə sərnişinlərin istifadəsinə veriləcək”.

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...