Sentyabrın 8-də Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışda ağır xəsarət alan ailələrdən biri jurnalist ailəsidir.
Modern.az saytının xəbərinə görə, bu, "Aztelekom" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Vidadi İsmayılovun ailəsidir.
Hadisə nəticəsində Vidadi İsmayılovun bədəninin 90%-i yanıb, həyatı təhlükə altındadır. 42 yaşlı Vidadi İsmayılov və onun 13 yaşlı oğlu Yunus İsmayılov (bədənin 30%-i yanıb) Respublika Yanıq Mərkəzinə yerləşdirilib. İsmayılovlar ailəsinin daha 3 üzvü hadisə nəticəsində xəsarət alıb.
“Ailədə olan 5 nəfərin hamısı xəsarət alıb. Vəziyətləri ağırdır. Kimisi yanıb, kimisi əzilib”. Bu barədə Modern.az-a Vidadi İsmayılovun qardaşı məlumat verib.
Tənəffüs yolları yanmış Vidadi İsmayılov reanimasiyadadır, həkimlər onun həyatının təhlükədə olduğunu bildiriblər.
Gülşən RAUFQIZI