Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.
Qeyd edək ki, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014" uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.
2015-ci ildə Bakı şəhərində I Avropa İdman Oyunlarının keçiriləcəyini nəzərə alaraq, bu sahədə müvafiq işlər görülür.
Modern.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 08.08.2014 - 08.08.2017 müddətinə aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilib:
1. "JW Marriott Absheron Baku" mehmanxanası (5 ulduz),
2. "Kempinski Hotel Badamdar Baku" mehmanxanası (5 ulduz),
3. "Caspian Sea Resort" mehmanxanası (5 ulduz),
4. "Şah" mehmanxanası (4 ulduz),
5. "Alp İnn" mehmanxanası (4 ulduz),
6. "Emerald" mehmanxanası (4 ulduz),
7. "Viləş Palace" mehmanxanası (4 ulduz),
8. "Meşəbəyi" istirahət mərkəzi (4 ulduz),
9. "Austin Butik" mehmanxanası (3 ulduz),
10. "Arena" mehmanxanası (3 ulduz),
11. "Rigs" mehmanxanası (2 ulduz).
Elmin Nuri