Modern.az

3 saylı cəzaçəkmə müəssisələrinin rəhbərliyi cəzalandırılıb

3 saylı cəzaçəkmə müəssisələrinin rəhbərliyi cəzalandırılıb

Ölkə

21 İyul 2010, 20:03

İyulun 21-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2010-cu ilin 6 aylıq fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat şurası keçirilib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şurada Penitensiar xidmətin rəhbərliyi, tabe qurumların rəisləri, habelə Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Nazim Ələkbərov Şuranı açaraq, Penitensiar xidmətin 2010-cu ilin 6 ayı ərzindəki fəaliyyətinə yekun vurub və qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətınə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müsbət nəticələr əldə edilib.

Onun sözlərinə görə, məhkumlara dövlət qayğısının növbəti təzahürü olaraq Azərbaycan Respublıkası Prezidentinin növbəti 17 mart 2010-cu il tarixli 811 saylı imzaladığı əfv Sərəncamı vaxtında və qüsursuz icra edilib, 69 nəfər cəzadan azad edilmiş, bir məhkumun ömürlük cəzası 20 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

N.Ələkbərov deyib ki, həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 284 cinayət hadisəsinin qarşısı alınıb. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz döbriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub.
Belə ki, 2010-cu ilin 6 ayı ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 100-dən artıq qadağan olunmuş əşya, o cümlədən 103,5 litr spirt hazırlanması üçün nəzərdə tutulmuş qıcqırdılmış maye, 36 mobil telefon aşkar edilərək götürülüb. Həmçinin, 6 ay ərzində narkotik maddələrlə bağlı 52 fakt müəyyən edilib, 79,9 qram müxtəlif narkotik vasitə götürülüb. Eyni zamanda, respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əməkdaşlıq nəticəsində 103 cinayətin açılmasına köməklik göstərilib.

Bunula yanaşı, şurada hesabat dövründə bir sıra penitensiar müəssısələrin fəaliyyətində nöqsanlara yol verildiyi qeyd olunub. Fəaliyyətlərində ciddi pozuntulara yol verdiklərinə görə 3 saylı Xüsusi müəssisənin rəhbərliyi və məsul əməkdaşı Penitensiar xidmət rəisinin əmri ilə ciddi intizam məsuliyyətinə cəlb olunub. Hesabat dövründə 9, 12, 13 saylı cəzaçəkmə müəssisələrinin, İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin, Tərbiyə Müəssisəsinin, 1, 2, 10, 12, 14 saylı Məntəqə Tipli cəzaçəkmə müəssisələrinin fəaliyyətində də nöqsan və pozuntular aşkar edilib.
Şurada Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ilə müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI