Modern.az

Super qadın - “Lyusi” Bakıdadır - VİDEO

Super qadın - “Lyusi” Bakıdadır - VİDEO

Təhsil

12 Sentyabr 2014, 14:11

Hələ bir neçə ay əvvəl bu filmin treylerini görəndə premyerasına gedəcəyimə söz vermişdim. Filmin süjeti də maraqlı görünürdü. Həm də Lyuk Besson, Morqan Friman və Skarlet Yohansson üçlüyünün möhtəşəm nəsə ərsəyə gətirəcəyinə inanırdım.

Elə də oldu. Dünən “28 Cinema” kinoteatrında jurnalistlər və ictimaiyyət nümayəndələri üçün “Lyusi” döyüş filminin nümayişi keçirildi. HTC şirkətinin sponsorluğu ilə keçirilən nümayişdən öncə izləyicilər arasında kiçik müsabiqə də keçirildi. Filmə aid 3 suala cavab verənlər bahalı mobil telefon qazandılar. Həmçinin, zahirən Lyusiyə bənzəyən qızların müsabiqəsinin qalibinə də telefon hədiyyə olundu.

ABŞ və Fransanın birgə istehsalı olan filmin süjetinin əsasını Lyusi gözəl qadının başına gələnlər təşkil edir. O, Tayvanda olarkən qəribə halla üzləşir: bir həftə münasibətdə olduğu sevgilisi ona 500 dollar müqabilində kiçik bir diplomatı oteldə bir çinliyə çatdırmağı tapşırır.

Lyusinin həyatı bu hadisədən sonra tamamilə dəyişir. Qız Koreyalıların mafiyasının əlinə keçir. Ondan narkokuryer kimi istifadə etmək istəyirlər. Lakin əməliyyat yolu ilə qızın qarnına yerləşdirilən yeni nəsil narkotiklər təsadüfən onun orqanizminə düşür və Lyusi əsl döyüş maşınına çevirir.

Film boyunca Lyusi beyninin daha dərin qatlarını işə salmağı bacarır. O barmağını tərpətməklə yüzlərlə insanı yatızdırır, teleportasiya edir, öz görünüşünü bir andaca dəyişir, hər kəsin fikirlərini oxuyur, insanların km-lərlə uzaqlarda nə danışdığını eşidir. Lyusi elektromaqnit dalğalarını, televiziya və radionu, mobil rabitəni idarə edir. Narkotik onun yaddaşını da tam olaraq işə salır. Lyusi anasından əmdiyi südün dadını hiss edir, südəmər ikən başına gələnləri xatırlayır. Bu güclü narkotikin dozası artdıqca, Lyusi beyninin qatlarının 100 faizini açır və nəhayət ölməz  insana çevrilir.

Filmin rejissoru Lyuk Besson (məşhur "Leon" və "Beşinci element"in yaradıcısı) bildirib ki, "Lyusi" "fəlsəfi çağırışları olan şən kinodur".

“Lyusi” filmi Bakıda “28 Cinema” kinoteatrının repertuarına 12 sentyabrdan etibarən daxil olub. Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.

 



Fərəh Sabirqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU