Modern.az

Kim ki yüz il yaşamırsa... - Tərkibində dəmir kimi olan qidalar yeyin

Kim ki yüz il yaşamırsa... - Tərkibində dəmir kimi olan qidalar yeyin

14 Sentyabr 2014, 20:19


Dəmir kimi olmaq istəyirsinizsə “dəmir”lə qidalanın. Elə düşünməyin ki, bunun üçün dəmir parçasını yemək lazımdır. Əsla. Söhbət tərkibində dəmir olan qida məhsullarından gedir. Qida rasionunda belə məhsulların olması olduqca vacibdir.

Modern.az saytı xəbər verir ki, statistikaya görə dünya əhalisinin təxminən 30 faizində, yəni 2 milyard insanda dəmir çatıçmazlığı var. Bəs bu orqanizm üçün hansı problemləri yaradır? Ümumiyyətlə dəmirin orqanizmdə rolu nədən ibarətdir?

Sadə dildə desək, dəmir qan tərkibinin ən vacib maddələrindən biridir. Hemoqlobinin yaranmasında iştirak edən dəmir qırmızı qan hüceyrələrinin tərkib hissəsidir. Hemoqlobin bədən üzvlərinə oksigen çatdıran maddədir. Əgər orqanizmdə dəmir çatışmazlığı varsa bu qanın qırmızı hüceyrələrinin az olması deməkdir. Belə olan halda qanda hemoqlobinin səviyyəsi aşağı düşür və toxumalar lazımınca oksigenlə təmin oluna bilmir.

Həmçinin dəmir immuniteti gücləndirir, ferment reaksiyaları tərkibində metabolik proseslərdə iştirak edir, fiziki və əqli işin məhsuldarlığını artırır, orqanizmi enerji ilə təmin edir.

Orqanizmdə dəmir çatışmazlığı dəmir defisitli anemiya xəstəliyidir ki, buna el arasında qanazlığı da deyilir.

Dəmir çatışmazlığının ilk əlamətləri aşağıdakılardır:

Üz dərisində solğunluq, dəri quruluğu

Saçlarda və dırnaqlarda kövrəklik

Dodaq ətrafında çatların yaranması

İştəhasızlıq

Yorğunluq

Udqunmaq çətinliyi

Bağırsaq pozğunluqları

Təngnəfəslik

Ürək döyüntüsünün tezləşməsi-taxikardiya

Baş ağrısı və başgicəllənmə

Ağız boşluğunda quraqlıq

Orqanizmin dəmirə sutkalıq tələbatı kişilərdə 10, qadınlarda 20, uşaqlarda 4-18 mq-dır. Hamilə qadınlarda isə sutkalıq norma 30-35 mq olmalıdır. Dəmir çatışmazlığı problemi ilə üzləşməmək üçün qida rasionuna müntəzəm olaraq aşağıdakı qidaları daxil etmək lazımdır.

1. Dana, ördək, dovşan əti. Toyuq içalatı, qaraciyər.

2. Yumurta sarısı.

3. Yulaf sıyığı.

4. Qarabaşaq və mərçimək.

5. Qırmızı çuğundur, kələm, ispanaq, kök, sarmısaq, soğan.

6. Qurudulmuş meyvələr.

7. Alma, qara gavalı, əncir, nar, üzüm, şaftalı, armud.

8. Qoz.

9. Noxud.

10. Balıq və balıq məhsulları.

Nəzərə almaq lazımdır ki, dəmir orqanizm tərəfindən yaxşı mənimsənilmir. Onun yaxşı mənimsənilməsi üçün tərkibində C vitamini olan qidalardan da istifadə etmək lazımdır. Bunun üçün yuxarıda sadalanan qida məhsullarını rasionunuza daxil edərkən ən azı limondan istifadə etmək olar.

Dəmir kimi olmaq istəyirsinizsə “dəmir”lə qidalanın. Ancaq həkimlə məsləhətləşməyi də unutmayın.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu