Açıq hava Teatrında bursalılarla bir araya gələn Sezen Aksu pərəstişkarlarına unuda bilməyəcəkləri bir gecə yaşadıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, mahnıları ilə sevənlərini məst edən Aksu səhnədəki açıqlamaları ilə də pərəstişkarlarını üzüb. 39 ildən bu yana səhnələrdə olduğunu qeyd edən “Kiçik Sərçə” ləqəbli sənətçi Sezen Aksu önümüzdəki il sənətdəki 40-cı ilini qeyd edərək, fəal musiqi həyatını buraxacağını söyləyib.
Açıqlamasının Seda Sayana da mesaj göndərən Aksu deyib: “Bundan sonra Seda Sayan kimi yaşayacağam. Hər anlamda özümü yaşayacağam”.
Bursalıların böyük maraq göstərdiyi konsertdə “Ürəyim Egedə Qaldı” mahnısını səsləndirərkən ayağı ilişərək səndələyib. Məşhur sənətçi mühafizəçisini yanına çağıraraq ayaq biləyini masaj etdirib.
Modern.az