Modern.az

Azərbaycanda 22 ölkədən 500 məhkum cəza çəkir - SİYAHI

Azərbaycanda 22 ölkədən 500 məhkum cəza çəkir - SİYAHI

16 Sentyabr 2014, 15:48

“Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində 22 ölkədən 500 məhkum cəza çəkir. Bu şəxslərin Cəzaların İcra Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş hüquqları tam təmin olunur. Təmsil olunduqları ölkələrin diplomatik nümayəndəliklərinə həmin şəxslərə baş çəkmə üçün müvafiq şərait yaradılır”.

Bunu Modern.az-ın soğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Məlumatda deyilir ki, Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində Belarus, Böyük Britaniya, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, İordaniya, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Litva, Nigeriya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Kamboca, Slovakiya, Kamerun vətəndaşları cəza çəkirlər. 

“Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan xarici ölkə vətəndaşları arasında Rusiya, Özbəkistan, İran, Türkiyə və Gürcüstan vətəndaşları əksəriyyət təşkil edirlər”.

“Xarici ölkə vətəndaşları əsasən Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə, oğurluğa və sərhəd pozuntusuna görə məhkum olunmuş şəxsləridir. Ölkəmizdə cəza çəkən xarici vətəndaşların ekstradisiya məsələləri Ədliyyə Nazirliyi tərəfindən (Beynəlxalq əməkdaşlıq idarəsi) həyata keçirilir”, - deyə Penitensiar xidmətdən əlavə edilib.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi