Modern.az

Milli Məclis dövlət büdcəsinə yenidən baxa bilər: səbəb neftin qiymətidir

Milli Məclis dövlət büdcəsinə yenidən baxa bilər: səbəb neftin qiymətidir

Parlament

18 Sentyabr 2014, 11:31

“Neftin qiymətinin ucuzlaşması ABŞ və Avropanın Rusiyaya qarşı apardığı siyasətdir. Hazırda Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiyməti 100 dollar kimi təsdiqlənib. 2014-cü ildə qiymətin 80-85 dollar civarında olacağı proqnozlaşdırılır. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bunu deməyə əsas verir”.

Modern.az-a bu açıqlamanı verən deputat Vahid Əhmədov əlavə edib ki, neftin ucuzlaşması Azərbaycanın sosial həyatına da təsirsiz ötüşməyəcək:

“Müəyyən dövlət proqramlarının, layihələrin reallaşmasında problemlərin olacağı istisna edilmir. Böyük ehtimalla qiymətlərin aşağı enməsi Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılması ilə nəticələnəcək”.

Qeyd edək ki, Dövlət Neft Şirkətinin məlumatına görə, bir neçə gün öncə “AzəriLayt” markalı neftin bir barreli London birjasında 0,35 dollar ucuzlaşaraq 97,98 dollar təşkil edib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama