Modern.az

Mətbuat Şurası “Əsrin Müqaviləsi”ndən yazan jurnalistləri mükafatlandırdı - SİYAHI

Mətbuat Şurası “Əsrin Müqaviləsi”ndən yazan jurnalistləri mükafatlandırdı  - SİYAHI

19 Sentyabr 2014, 17:44



Bu gün Mətbuat Şurasının və “SOCAR-AQŞ” MMC-nin “Əsrin Müqaviləsi”nin 20 illiyinə həsr olunmuş “Əsrin Müqaviləsi - ölkəmizin davamlı sənaye inkişafının təməli” mövzusundakı birgə müsabiqəsinin qalibləri mükafatlandırıllb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə bildirib ki, “Əsrin Müqaviləsi”nin 20-ci ildönümü bayram kimi qeyd edilir.
“Azərbaycan Mətbuat Şurası və «SOCAR-AQŞ» MMC bu münasibətlə jurnalistlər arasında yazı müsabiqəsi keçirmək qərarına gəldi. Hesab edirik ki, müsabiqə həm yubileyə xüsusi rəng qatacaq, həm də jurnalistlərin peşəkarlığının artmasına müsbət təsir göstərəcək”, - deyən Ə.Amaşov üç istiqamət üzrə keçirilmiş müsabiqəyə ümumilikdə 52 yazının təqdim edildiyini, onlardan 17-nin həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. O, həmçinin hər istiqamət üzrə ayrılıqda 3 birinci, 3 ikinci, 3 üçüncü yerin müəyyənləşdirildiyini diqqətə çatdırıb.

Çıxış edənlərdən Azərbaycan Respublikasının Milli Məclisinin vitse-spikeri Bahar Muradova, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov, «SOCAR-AQŞ» MMC-nin baş direktoru Ramin İsayev və başqaları “Əsrin Müqaviləsi”nin imzalanmasını Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndiriblər.

Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. Qeyd edək ki, müsabiqənin qaydalarına uyğun olaraq 3 birinci yeri tutmuş jurnalistin hər biri 1000, ikinci yeri tutmuş 3 media təmsilçisinin hər biri 700, üçüncü yerə layiq görülmüş 3 qələm sahibinin hər biri 500, 17 həvəsləndirici mükafat sahibinin hər biri 200 manat məbləğində pulla mükafatlandırılıb. Qaliblərə MŞ və «SOCAR-AQŞ» MMC-nin təbrik plaketləri və diplomları da təqdim edilib.

Qaliblərin SİYAHISI

“Heydər Əliyev-Milli neft strategiyasının banisi” istiqaməti

1. Təranə Cəbiyeva, “Respublika” qəzeti
2. Əziz Mustafa, “Zaman Azərbaycan” qəzeti
3. Mirbağır Quliyev, “Xalq qəzeti”

“Prezident İlham Əliyevin Azərbaycan sanayesinin modernləşdirilməsi siyasəti” istiqaməti

1. Mübariz Abdullayev, “Yeni Azərbaycan” qəzeti
2. Fariz Vəliyev, “Mövqe” qəzeti
3. Yeganə Məmmədova, “vətəninfo.az” saytı

“Əsrin Müqaviləsi: Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı” istiqaməti

1. Vüqar Əliyev, “Mədəniyyət” qəzeti
2. Elçin Zaman, “İki sahil” qəzeti
3. Rəsmiyyə Rzalı, "Azərbaycan"


Həvəsləndirici mükafatlar

  1. Orxan İsrafilov, “İki sahil” qəzeti
  2. Pərviz Rəhimoğlu, Modern.az saytı
  3. Elxan Salahov, “Həftə içi” qəzeti
  4. Nigar Abdullayeva, “Palitra” qəzeti
  5. Zəkurə Quliyeva, “Qarabağ” qəzeti
  6. Həbibə Abdulla, “Kaspi” qəzeti
  7. Nihad Budaqov, Azərtac
  8. Vaqif Cəlil, “Bakı xəbər”qəzeti
  9. Bəhlul Eminli, “İqtisadiyyat və həyat” jurnalı
  10. Rəşad Cəfərov, “Azərbaycan” qəzeti
  11. Ramiz Cürənov, APA
  12. Pünhan Əfəndiyev, “Üç nöqtə” qəzeti
  13. Ulduzə Qaraqızı, “Ekspress” qəzeti
  14. İsmayıl Qocayev, “Şərq” qəzeti
  15. Mahir Abbaszadə, “Paralel” qəzeti
  16. Aynur Cəfərova, “Azərnyus” qəzeti
  17. Sevinc Məmmədova, “İki sahil” qəzeti
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu