“Yaxın zamanlarda Azərbaycanın dəstəyi ilə Dağıstandan idman mərkəzi tikiləcək. Bundan başqa bir neçə ticarət layihələrimiz də var. Azərbaycanda Diplomatik Akademiya var və biz öz vətəndaşlarımızı ora təhsil almağa göndərə bilərik. Onlar bizim insanları həttar pulsuz götürməyə də hazırdır”.
Modern.az saytı rus mənbələrinə istinadən xəbər verir ki, bu sözləri Dağıstan prezidenti Ramazan Abdulatipov “Dağıstan: Rusiyanın Xəzər regionunda təhlükəsizlik və regionlararası əməkdaşlığının əsasları. Sosial - iqtisadi inkişaf" adlı keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Dağıstan hakimiyyəti üçün əsas prioritet məsələlərdən biri də Azərbaycanla sıx iqtisadi və mədəni qarşılıqlı əlaqələrin qurulmasıdır.
Ramazan Abdulatipov söyləyib ki, Dağıstan və Azərbaycan xalqlarının bir çox parametrlər üzrə bir-birinə mədəni bağlılığı var. Dağıstan lideri ölkəsində idmanın inkişafına Azərbaycanın təsiri rolundan da söz açıb. “Azərbaycan idman sahəsində böyük müvəffəqiyyətlərə nail olub.
Yadımdadır, Sidneydə Azərbaycanı təmsil edən şəxs olimpiya çempionu olanda mən, İlham Əliyev və Abbasov Abbasov orada idik. Biz sevinirdik. Bu gün də azərbaycanlılar arasında çox sayda çempion var. Daşkənddə keçirilən sərbəst güləş üzrə dünya çempionatında Azərbaycanı təmsil edən şəxs bürünc medal aldı. Biz böyük məmuniyyətlə Azərbaycan idmançılarını yarışlara dəvət edirik”.
Modern.az