Modern.az

Xaricdən Azərbaycana daha çox tutuquşu gətirilir – Baytarlıq Xidməti

Xaricdən Azərbaycana daha çox tutuquşu gətirilir – Baytarlıq Xidməti

Təhsil

20 Sentyabr 2014, 15:41


“Xaricdən Azərbaycana gətirilən heyvanlar üçün mütləq Dövlət Baytarlıq Xidmətindən icazə alınır”. Bunu Modern.az-a açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, fərdi qaydada idxal edilən heyvanlar arasında üstünlük bəzək quşlarına məxsusdur.

“Azərbaycana daha çox tutuquşu, bülbül, akvarium balıqları gətirilir. İnfeksiya daşıyıcısı olan, habelə epizodik durumu gərgin olan ölkələrdən quşların və digər heyvanların gətirilməsinə icazə verilmir”, – deyə mətbuat katibi qeyd edib.  

Qeyd edək ki, Bakıdakı heyvanat bağçasından başqa, şadlıq evləri və restoranlarda da vəhşi heyvanların saxlanılması halları var. Saxlanan heyvanlar arasında hətta ayı da var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu fauna nümunələrinin xaricdən gətirildiyini bildirir.  

Rüfanə GÜNƏŞ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi