Bir qrup məcburi köçkün İran və Gürcüstanda yaşayan azərbaycanlılara müraciət ünvanlayıb.
Müraciətdə məcburi köçkünlər soydaşlarımızdan Qarabağ məsələsində prinsipal mövqe nümayiş etdirmələrini xahiş ediblər.
Modern.az həmin müraciəti olduğu kimi təqdim edir.
- Hörmətli soydaşlarımız!
Uzun illərdir ki, biz Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkirik və doğma yurd-yuvamız işğal altındadır. Birmənalı şəkildə bildiririk ki, əgər bu məsələdə Azərbaycan Ermənistanla üz-üzə qalsaydı, biz nəinki Qarabağ və onun ətrafında işğal olunmuş 7 rayonumuzu işğaldan azad edərdik, hətta tarixi torpaqlarımız olan İrəvanə, Dərələyəzi, Göycəni yadlardan təmizləyərdik.
Təəssüflər olsun ki, beynəlxalq güclər buna imkan vermir. Bu, o demək deyil ki, biz öz torpaqlarımızı azad etməyəcəyik. Azərbaycan xalqı bir qarış torpağını Ermənistana güzəştə getməyəcək.
Ancaq bizi qayğılandıran başqa bir məsələdir.
Hazırda Azərbaycandakı azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparan Ermənistan az qala İran və Gürcüstanda yaşayan azərbaycanlılara sözdə çox böyük dostluq, qardaşlıq münasibəti göstərir.
Bu, mümkün olan məsələ deyil və tarixən ermənilər öz məkirlərini gizli şəkildə, hiyləgərcəsinə həyata keçiriblər.
Fürsət düşən kimi onlar azərbaycanlılara qarşı öz pisliklərini ediblər. Çox yaxın tarixə ekskurs etməklə bunu görmək mümkündür. Ötən əsrin əvvəllərində erməni daşnakları İranda 10 minlərlə dinc azərbaycanlını qətlə yetirdi.
Eyni dəhşətləri Gürcüstandakı azərbaycanlılar da yaşadılar.
Bu gün də ermənilər həm İranda, həm də Gürcüstanda azərbaycanlılara qarşı gizli düşmənçilik siyasətlərini davam etdirirlər. Əminik ki, fürsət düşən kimi onlar bu məkirlərini açıq şəkildə ortaya qoyacaqlar. İndi isə özlərini guya sizin dostunuz kimi qələmə verirlər.
Bunun isə bircə səbəbi var.Ermənistan yaxşı bilir ki, sizlərə qarşı indi açıq mübarizəyə keçsələr uduzacaqlar. Ona görə də hazırda sizə süni dostluq nümayiş etdirirlər. Sizdən tək istəyimiz ermənilərin bu hiyləsinə uymamağınızdır. Onlara inanmayın. Ermənilərin hazırda sizin yaşadığınız bölgələrdə hansı işlərlə məşğul olduğuna ciddi şəkildə diqqət etsəniz bizim nə qədər haqlı olduğumuzu görərsiniz.
Bu gün sizin soydaşlarınızın yurd-yuvasın viran qoyan, Xocalı kimi soyqırımı törədənlər sizlərə dost ola bilməzlər.
Onlar sadəcə, bizləri biri–birimizi müdafiə etməmək üçün yüz cür oyuna girirlər. Ancaq unutmamalıyıq ki, ermənilər Gürcüstanda və İranda yaşayan soydaşlarımızın torpaqlarına da göz dikiblər və fürsət gözləyirlər.
Tarix, Vətən qarşısında üzüağ olmaq üçün erməni fitnəsinin qurbanı olmamalıyıq.
Birmənalı şəkildə bilməliyik ki, onlar yalnız Azərbaycandakı azərbaycanlıları deyil, bütün dünyadakı azərbaycanlıları məhv etmək istəyirlər.
Bizə qənim kəsilənlər sizə dost ola bilməz. Sizə qarşı olanlar bizə qucaq aça bilməzlər.
Modern.az