Modern.az

“Bizdən kamança alan deyir ki, bunun içi çölündən daha təmizdir” - Təbrizli kaman ustası ilə MÜSAHİBƏ

“Bizdən kamança alan deyir ki, bunun içi çölündən daha təmizdir” - Təbrizli kaman ustası ilə MÜSAHİBƏ

22 Sentyabr 2014, 14:17

Türkiyədə yaşayan təbrizli kaman ustası Arslan Həzrəti "Reytinq" qəzetinə müsahibə verib. Modern.az saytı həmin müsahibəni təqdim edir:

Arslan Həzrəti Təbrizdəndi. 13 yaşında kamança düzətməyə başlayıb. 18 yaşında isə Uluslararası Fajr festivalında İranın professional yaylı ustaları arasında keçirilən yarışmaya düzətdiyi kamança ilə qatılıb və birinci olub. Azərbaycanın sevilən sənətkarları Fəxrəddin Dadaşov və Ədalət Vəzirov kimi sənətkarlardan dərs alıb. Maraqlıdır ki, kamança musiqi alətini ilk olaraq kimin ifasında duyub?

- Xalq artisti Habil Əliyevin. Uşaqlıqda Habil Əlivein ifasını dinləyirdim. Babam evdə musiqi alətlərində çalardı. Bir gün məndən soruşdu ki, sən hansı musiqi alətində çalmağı istərdin. Mən də düşünmədən dedim ki, kamançada. Mən sənətə Habil Əliyevin kamançasının səsi ilə başladım. 18 yaşında İranda festival keçirildi. Mən həmin festivalda birinci yeri tutdum. O festivalda ifa etdiyim aləti özüm düzətmişdim. Mən həm də 14 yaşımdan kamança musiqi aləti üzrə mütəxəssisəm. Bu yaşda artıq kamança aləti düzəldə bilirdim. Həm ifa, həm də düzətmək eyni bərabərlikdədir. Sonra yolum Bakıya düşdü. Bir il Ədalət Vəzirov və Fəxrəddin Dadaşovdan dərs aldım. Burdan İstanbula qayıdanda bu, bir professional işə çevrildi. Elə həmin vaxtdan orada böyük bir emalatxana açdıq. O gündən bu vaxta kimi işləyirik.

- İlk düzətdiyiniz kamança neçə simdən ibarət idi?

-17 il bundan əvvəl mən 5 simli kamança düzətdim. Həmin kamançanı rəhmətlik Ədalət Vəzirova da göstərdim.

- Yəni, zaman keçdikçə kamança musiqi aləti təkmilləşdi?

- Bəli, həm də kamança musiqi alətinin növləri çoxaldı. Hər bir ölçüdə kamançalar var. Biz bu məsələdə Qərb olaraq düşünmürük. Biz kamança deyəndə muğamatda hansından çox işlədə bilərik deyə, yaratmağa çalışdıq. Bu gün də ustalar bizim kamançalardan yararlanırlar. Gərək sən elə bir kamança düzəldəsən ki, bunu musiqiçi çox rahatlıqla ifa etsin. Kamançada elə akustika əldə edərsən ki, gözəldir, amma baxırsan ki, çalınmır. Skripka musiqi aləti çox gözəldir, amma kamança kimi çala bilməzsən. Çünki o çiynin üstündə çalınır. 

- Kamança hansı ağacdan düzəlir?

- Qoz ağacından, tar tut ağacından düzəlir deyirlər. Bu çox yalnış deyim. Bu İran da daxil olmaqla çox bölgələrdə var. 

- Əslində, nədən istehsal olunur?

- Bütün ağaclar və onların ağırlığı fərqlidir. Məsələn, qoz ağacından bəhs etsək, Azərbaycanda bunun 15 növü var. Elə qoz ağacı var açıq, eləsi də var ki, tünd rəngdədir. Onların ağırlığı da bir-birinə bənzəmir. Musiqi aləti onun içindəki oyumlardan düzəlir. Bütün dünyada skripka, kontrabas ağça ağacdan düzəlir. Bəzi yerlərdə buna kələbək deyirlər. Amma Azərbaycanda isə fərqli bir ağacdan istifadə edirlər.

- Bir kamança alətini düzətmək üçün nə qədər vaxt lazımdı?

- Belə bir şey yoxdu ki, bu gün başladım, bu sabaha mütləq başa çatmalıdır. Təkçə çanağın yonulması 3-4 ay sürür. Onu bir az yonub gözləyirsən. Eyni şeyi sapda da təkrar edirsən. Bizim bu saat əlimizdə hardasa 200 bitmiş sap var. Əgər onun bir problemi çıxarsa, buna görə geç birləşdiririk. Amma əvəllər belə deyildi. Düzəldirdilər, bir də baxırdılar ki, kamança sənin əlində əyilib. Musiqi alətini düzəldərkən gözləmək lazım. Çünki ağac özünü tapmalıdır. Əgər ağacı oyan zaman bayıra qoysan, çatlayar, əyilər.

- Bu, onun ifa tərzinə təsir göstərir?

- Təbii. Kamançada hər şey makinalarda düzəldiyindən dəngəsi düz olur. Bu ifada da özünü göstərir.

- Bir kamança musiqi alətini düzətmək üçün nə qədər maliyyə vəsaiti lazımdır?

- Biz elə ağaclar var ki, onu Hindistandan. Afrikadan gətiriririk. Biz onların ağaclarını klo ilə alırıq. Hətta bəzən bu ağacları qramla alası oluruq. O üzdən kamançaların quruluşları bir-birinə bənzəmir. Çox fərqlidir. Bundan başqa hazırlanan kamançalara emalatxanalarda qiymət qoymaq çox çətindir. Elə emalatxana var ki, kamançanın bir yerini 3 saata hazırlayır. Amma biz deyirik  ki, bu, 8 saata hazırlansa, daha gözəl olar. O zaman da alətin satılma qiyməti artır. 



- Emalatxanada antik kamancalar düzəlidir? Əgər hazırlanırsa, onun qiyməti necəyə olur?

- Bizim emalatxanada istehsal olunan kamançaların ən aşağı qiyməti 1200 dollardan başlayır. 5 min dollar isə ən yuxarı qiymətimizdir. Amma qiymət bizim üçün önəmli deyil. Elə dostlar var ki, onlar kamançalarını 50 min dollara satır. 

- 5 və 50 minə satılan kamançaların fərqi nədir?

- 50 min dollara satılan kamançaların üstündə sədəflər, işləmələr var. Kamançada görünüş və əl işləmələri qiymətə təsir edir. Həmin kamançanı əl işləmələrindən əvvəl satışa çıxarsalar, qiyməti aşağı olacaq. Amma mən isə seçimi belə edərdim. Hansı kamança gözəl çalarsa, keyfiyyətlidirsə, onu alacam. Mənim üçün sədəfin önəmi yoxdur. Amma kamançalarda kim istəsə, biz həmin işləmələri edirik. 

- Sizin istanbulda istehsal etdiyiniz kamança ilə Azərbaycanda hazırlanan kamançalar arasında fərq nədədir?

- Çox fərqlidir. Amma biz keyfiyyətli iş təhfil vermək istəyirik. Yani işləmələr bizlik deyil. Biz kamança düzəldib 500 manata satarıq. Amma biz ona getmirik. Həm də istəmirik ki, əlimiz belə işlərə öyrəşsin. Biz bu işi çox həsas edirik. Mən illərdir ki, kamança musiqi alətində həm çalıram, həm də düzəldirəm. Amma həmişə kamança düzəldəndə kiminsə fikirini də alırıq. Biz özümüz kamancaya çox şeylər əlavə etdik.  

- Müəllim kimi kamançanın ifacılıq imkanlarını onu alana başa salırsınız, yoxsa bu işə biznes kimi baxırsınız?

- Yox, əsla biznes kimi baxmırıq. Satışla bağlı başqa şəxslər maraqlanır. Mən isə bu işin mütəxəssisiyəm. Kimsə bununla bağlı nəsə soruşsa, mən düzünü deyirəm. Heç nə gizlətmirəm. Düzdür, texniki tərəfini açıqlamıram. Amma kamançanın bütün özəllyini olduğu kimi alana başa salıram. İmamyar Həsənov var, Azərbaycan kamançasının dünyadakı məşhur ifaçısı, Amerikada yaşayır. Biz bu yaxınlarda onunla bərabər duet şəkilində konsert verdik. O, bizim kamançaları çalır, artıq başqalarını istəsə də, çala bilmir. Mənim iki işi birdən görməyim bu sənətə olan keyfiyyəti daha da artırır. 

- İstanbulda kamança emalatxananızda neçə nəfər çalışır?

- Üç.  

- Bir ildə bu alətdən nə qədər düzəldə bilirsiniz?

- Bizim kamança düzəltməyimiz o qədər uzun çəkir ki... Deyə bilmərəm ki, bir ildə 100 dənə düzəldə bilərik. Yox, yalan olar. Bizim hər bir işimiz dəqiqdir. Bizdən kamança alan deyir ki, bunun içi çölündən daha təmizdir. 

- Deyirsiniz ki, kamança musiqi alətini xalq artisti Habil Əliyevdən öyrənmisiniz? Habil Əliyevlə görüşdünüzmü?

- Heç görüşmədik. İnşallah, bu dəfə onunla görüşmək bizə nəsib olar. Habil Əliyev xəstədir. Əgər onunla görüşə bilməsəm, bu şansı qaçırdım deyə bilərəm. Onun bütün yaradıcılığından bəhrələndim. Hələ bu harasıdır, Azərbaycanın nə qədər ustaları var, hamısından bəhrələnə bildim. Rəhmətlik Elman Bədəlovu görmədim, amma o mənim ustadım olub. Onun ifasını dinlədikcə, kamançanın texniki imkanlarını da öyrədim. Mühsin Qurbani var, o da bu sənətin usdadlarından biridir.

- Azərbaycan, İran və Türkiyə... Kamança bu üç ölkədən hansında çox çalınır?

- Hər üç ölkəni nəzərə alsaq, fərq böyükdür. İsraildə isə daha böyükdür. Orada ifa olunan kamança Azərbaycana aiddir. Amerikada belə, kamança çalırlar. Bütün dünyada Azərbaycan kamançası sevilir. Biz hansı bölgəyə kamançaların nə qədər satıldığını bilirik. Bu ölkələrin içində kamança ən çox İsraildə çalınır. Azərbaycanın bütün muğamları bu alətdə ifa olunur. 

- Azərbaycanda bu qədər muğama diqqət varkən kamança musiqi aləti az satılır…

- Bunun səbəbini sizin tərəf deməlidir. Az satılır. Tar musiqi alətinə nisbətdə kamança az satılır. Çətin bir alətdir.

- Azərbaycana bu sənətin tədrisi üçün dərs deməyə gəlməyinizi planlaşdırırsınız?

- Dərs vermək, tələbə yetişdirmək üçün sizdə o qədər ustad var ki. Bizim onların biliyinin qarşılığında tələbə yetişdirməmiz zor olar. 

- Həmin mütəxəssislər, yəni kaman ifaçıları bu musiqi alətinin necə düzəldilməsini bilmirlər? 

- Artıq bu dəfələrlə qaldırılan məsələdir. Məni burda hər kəs tanıyır. İnternetlə yazışırıq, bu üzdən Bakıda qalmaq gərək deyil. Amma mən də çalışıram bundan sonra Bakıya daha sıx-sıx  gəlim.

- Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi müsahibələrinin birində deyib ki, musiqi alətlərinin fabrikləri açılmalıdır…

- Həmin fabriki biz Azərbaycanda oturda bilərik. Dünyanın hər yerində makina ilə düzələn alətlərin qiymətləri aşağıdır. Amma əl ilə düzələn musiqi alətləri baha olur. Mənim düzətdiyim kamança heç kəsdə yoxdur.

Bahar Rüstəmli

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi