Modern.az

Kim ki yüz il yaşamırsa... - 20 qəpik xərclə, 20 faydasını gör: “Mədənin süpürgəsi”

Kim ki yüz il yaşamırsa... - 20 qəpik xərclə, 20 faydasını gör: “Mədənin süpürgəsi”

23 Sentyabr 2014, 22:12


İspanağın ən faydalı qida məhsulları siyahısında yer tutması heç də təsadüfi deyil. Fransızlar bu bitkini yarpaq tərəvəzlərinin şahı adlandırır və ona həm də “mədənin süpürgəsi” də deyirlər. Amerikalılar isə öz süfrələrini ispanaqsız təsəvvür etmirlər.

Modern.az-ın məlumatına görə, dünyanın bir çox ölkələrində istifadə olunan bu bitkinin sağlamlıq üçün çoxlu faydaları var. Təbii ki, ispanağın belə faydalı olması ilk növbədə onun zəngin tərkibi ilə bağlıdır.
100 qram ispanaq orqanizmi aşağıdakı maddələrlə təmin edir.

Su - 91,4 q.
Zülal - 2.86 q.
Karbohidratlar - 1.43 q.
Sellüloza - 2.2 q.
Vitamin A – 0.562 mq.
Vitamin B1 - 0.078 mq.
Vitamin B2 - 0.189 mq.
Vitamin PP - 0.724 mq.
Vitamin B5 - 0.065 mq.
Vitamin B6 - 0.195 mq.
Vitamin B9 – 0.194 mq.
Vitamin C - 28.1 mq.
Vitamin E - 2.03 mq.
Vitamin K – 0.482 mq.
Vitamin B4 - 19.3 mq.
Kalium - 303 mq.
Kalsium - 558 mq.
Maqnezium - 79 mq.
Sodium - 79 mq.
Fosfor - 49 mq.
Dəmir - 2.71 mq.
Manqan – 0.897 mq.
Mis – 0.130 mq.
Selenium – 0.1 mq.
Sink - 0.53 mq.

İspanağın orqanizm üçün hansı faydaları var?

1. Bu dəyərli bitki orqanizmi ziyanlı maddələrdən təmizləyir.
2. İspanaq qanda hemoqlobinin səviyyəsini artırır.
3. Həzm sisteminin işini yaxşılaşdırır, mədə və bağırsaqların fəaliyyətini normallaşdırır.
4. Bədənə qüvvət verərək immun sistemini gücləndirir.
5. Yüksək qan təzyiqinə qarşı ən yaxşı vasitələrdən biridir.
6. Görmə qabiliyyətinə müsbət təsir göstərir.
7. Xərçəng xəstəliklərinə qarşı effektli profilaktik vasitədir.
8. İspanaq həmçinin yorğunluğu aradan qaldırır, zehni fəaliyyəti normallaşdırır.
9. Şəkər xəstələri üçün də ispanaq faydalıdır.
10. İnkişafdan qalan uşaqlar üçün ispanağın xeyri əvəzsizdir.
11. İspanaq boğaz və tənəffüs sistemi üçün də xeyirlidir.
12. Diş çürümələrinin qarşısını alan ispanaq sümüklər üçün faydalıdır.
13. Üz dərisində sızanaqlar olarsa ispanağı qaynadılmış süddə isladıb üzə sürtmək problemi aradan qaldırar.
14. Müntəzəm olaraq ispanaqdan istifadə etməklə vaxtsız qocalmanın qarşısını almaq olar.
15. İspanaq maddələr mübadiləsini tənzimləyir.
16. Ürək-damar xəstəliklərinin profilaktikası üçün müntəzəm olaraq ispanaqdan istifadə etmək məsləhət görülür.
17. Qarın nahiyəsində piylənməyə qarşı mübarizə aparmaq üçün bu bitki dəyərli vasitələrdən biri sayıla bilər.
18. Sağlam yuxunun təmin olunmasında ispanaq faydalıdır.
19. İsranaq potensiyanı gücləndirir, cinsi fəaliyyəti artırır.
20. Bu bitkinin ən faydalı xüsusiyyətlərindən biri də odur ki, o əhvala müsbər təsir göstərir və bədənin gümrahlığını təmin edir.

Revmatizm, böyrək daşı olanlar, oynaq iltihabından əziyyət çəkənlər ispanaqdan məhdudiyyətlə istifadə etməlidirlər.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi