Modern.az

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri: “Jirinovski ilə görüşməyəcəm”

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri: “Jirinovski ilə görüşməyəcəm”

Parlament

26 Sentyabr 2014, 11:06


“Mən Bakıda səfərdə olan Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski ilə görüşməyəcəyəm”. Bunu Modern.az saytına Rusiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Arif Rəhimzadə deyib.

Onun sözlərinə görə, Jirinovski ilə görüşənlər ola bilər: “Azərbaycan-Rusiya parlamentlərarası komissiyası var. Uzaqbaşı o komissiyanın üzvləri Jirinovski ilə görüşə bilərlər. Bu dəqiqə başqa məsələlərlə məşğul olduğumdan, sizə əlavə nəsə deyə bilmirəm”.

Qeyd edək ki, Rusiyanın Liberal Demokrat Partiyasının sədri Jirinovski Bakıya gəlib. Onu bu gün Milli Məclisin sədri Oqtay Əsədovun da qəbul edəcəyi gözlənilir.

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama