Modern.az

Məzardan “kömək edin” səsi gəldi

Məzardan “kömək edin” səsi gəldi

27 Sentyabr 2014, 15:17

Yunanıstanın Selanik şəhərində xərçəng xəstəsinin diri-diri basdırılması xəbəri yayılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  49 yaşındakı xərçəng xəstəsi K.G.-nin məzarını ziyarətə gələn iki yaxını və məzarlıq işçisi qəbirdən  səslər gəldiyini iddia ediblər. Bundan sonra yunan polisi məzarlıq işçilərinin ifadəsini alıb.

Onların sözlərinə görə, məzardan “kömək edin!” səsləri yüksəlib. Bu iddialardan sonra torpağı qazaraq tabutu açıblar. Cəsədin tabuta qoyulduğu vəziyyətdə olmadığı bəlli olub. Daha sonra ailəsinin istəyi ilə qadının cəsədi xəstəxanaya aparılıb və həkimlər onun ölümünü təsdiqləyiblər. Məzardan səslər gəldiyini iddia edən üç nəfər isə polsi bölməsinə aparılıb. 


Rüfanə GÜNƏŞ  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi