Bu il noyabrın 9-da Kataloniya İspaniyadan ayrılmaq barədə referendum keçirəcək.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, referendumun keçirilməsi ilə bağlı Kataloniya prezidenti Artur Mas xüsusi fərman imzalayıb.
Noyabrın 9-da seçicilər 2 suala: “Kataloniyanın dövlət olmasını istəyirsinizmi?” və “ Əgər razısınızsa, Kataloniyanın müstəqil dövlət olmasını istəyirsinizmi” cavab verməlidirlər.
Bundan öncə, sentyabrın 19-da Kataloniya parlamenti İspaniyanın razılığı olmadan referendum keçirmək hüququ verən qanunu təsdiqləmişdi. Rəsmi Madrid isə qərarı qeyri-konstitusion adlandırıb. Əsas olaraq isə İspaniya Konstitusiyasında hər hansı bölgənin müstəqilliyi ilə bağlı referendumda bütün ispanların iştirak etməsinin şərt olduğu göstərilib.
Modern.az