Modern.az

Bakıda məşhur iş adamı və icra başçısının oğlu qəzaya düşdü: 1 ölü, 3 yaralı

Bakıda məşhur iş adamı və icra başçısının oğlu qəzaya düşdü: 1 ölü, 3 yaralı

29 Sentyabr 2014, 12:51

Bakıda yüksək rütbəli məmur və tanınmış iş adamının övladlarının olduğu avtomobil qəzaya uğrayıb.  Milli.az-ın məlumatına görə, qəzada "McDonalds - Azərbaycan" şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan dünyasını dəyişib. Hadisə sentyabrın 27-də saat 18 radələrində baş verib.
26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo" markalı maşınla toqquşub. S.Mirzəyev Ə.Qəhrəmanovun idarə etdiyi maşında olub və sürücü onu Paintball oyunundan evə qaytarırmış.  

Hadisə baş verən vaxt M.Mirzəyev ABŞ-da olub və oğlunun ölüm xəbərini eşidərək dərhal ölkəyə dönüb. McDonalds şirkəti də rəhbərlərinin övladını itirməsini təsdiqləyib. 

“Qafqazinfo” xəbər verir ki, toqquşan maşınlardan digərinin sürücüsü Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli olub. 

Hadisə nəticəsində hər iki sürücü yaralanıb, İ. Əsgərlinin vəziyyətinin ağır olduğu bildirilir.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama